Məhkəmə qərarları › İş №2(036)-2531/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2531/2023

26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2531/2023 26.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı nikahın pozulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 639 saylı nikah akt qeydinin pozulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, İsmayılov İddiaçı Tahirə Əli qızı ilə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qeydə alınmışdır.Onların birgə nikahdan uşaqları olmamış və bir müddətdən sonra münasibətləri pozulduğundan ayrılmışlar.Cavabdeh ilə İddiaçı aralasındakı ər-arvad münasibətlərin bundan sonra bərpa olunması mümkün deyil.Ona görə də, Cavabdeh İddiaçı ilə aralarında olan nikahın pozulması barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir.Onların birgə nikahdan uşaqları olmamış və münasibətləri pozulduğundan bir müddət bundan qabaq birdəfəlik ayrılmışlar.İddiaçı ilə aralarındakı ərarvad münasibətlərin bundan sonra bərpa olunması mümkün deyil. İşdə olan AZ-İİ №526239 saylı «nikah şəhadətnaməsinə» əsasən İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış rəsmi nikah pozulmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216- 220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 639 saylı nikah akt qeydi ilə bağlanmış rəsmi nikah pozulsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar