Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2537/2021 15.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və ərizəçi X4 iştirakı ilə, ərizəçi X4 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X8 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0013 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Rzayeva (Babaşova) X10 (Babaşova) Səadət Qabil qızı, Mikayılova (Babaşova) X2 (Babaşova) Bürülyant Qabil qızı, Axunzadə (Babaşova) X6 (Babaşova) Rəsimiyyə Qabil qızı, Miriyeva (Babaşova) X7 (Babaşova) Məhruba Dadaş qızı və Ərizəçi3 Habil oğlu Ərizəçi3 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X8 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Mirili kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 11.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0013 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0013 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Rzayeva (Babaşova) X10 (Babaşova) Səadət Qabil qızı, Mikayılova (Babaşova) X2 (Babaşova) Bürülyant Qabil qızı, Axunzadə (Babaşova) X6 (Babaşova) Rəsimiyyə Qabil qızı, Miriyeva (Babaşova) X7 (Babaşova) Məhruba Dadaş qızı və Ərizəçi3 Habil oğlu Ərizəçi3 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0013 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin 15.05.1998-cı il tarixli 06 saylı qərarı ilə İmişli rayonunun Mirili kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.49 ha torpaq sahəsi Babaşova Məhbubə Dadaş qızı, Babaşova Səadət Habil qızı, Ərizəçi3 Habil oğlu, Babaşova Rəsmiyyə Habil qızı və Babaşova Brilyant Habil qızının ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X1 surətinə əsasən Ərizəçi1 xx.xx.1966-cı ildə İmişli rayonunun Qaravvəlli kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 15189461 nömrəli AR X1 surətinə əsasən X3 03.10.1977-ci ildə İmişli rayonunun Qaravvəlli kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 07591097 nömrəli AR X1 surətinə əsasən X5 22.04.1975-ci ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X1 surətinə əsasən Ərizəçi2 xx.xx.1940-cı ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X1 surətinə əsasən Ərizəçi3 xx.xx.1970-ci ildə anadan olmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0013 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Rzayeva (Babaşova) X10 (Babaşova) Səadət Qabil qızına, Mikayılova (Babaşova) X2 (Babaşova) Bürülyant Qabil qızına, Axunzadə (Babaşova) X6 (Babaşova) Rəsimiyyə Qabil qızına, Miriyeva (Babaşova) X7 (Babaşova) Məhruba Dadaş qızına və Ərizəçi3 Habil oğlu Ərizəçi3 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0013 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Rzayeva (Babaşova) X10 (Babaşova) Səadət Qabil qızına, Mikayılova (Babaşova) X2 (Babaşova) Bürülyant Qabil qızına, Axunzadə (Babaşova) X6 (Babaşova) Rəsimiyyə Qabil qızına, Miriyeva (Babaşova) X7 (Babaşova) Məhruba Dadaş qızına və Ərizəçi3 Habil oğlu Ərizəçi3 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-2537/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2537/2021
15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver