Məhkəmə qərarları › İş №2(036)-254/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-254/2024

01.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-254/2024 01.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı maraqlı şəxs İmişli Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs İmişli Regional “ Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 qalmış mirası ( JN 050A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş İmişli şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi) qəbul edilmə müddətinin uzadılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, X5 və X1 törəməklə X4 doğma qardaşıdır. X8 xx.xx.2013-cü il tarixdə Ukraynanın Xarkov vilayətində vəfat etmişdir. Ondan miras qalmış JN 050A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş İmişli şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq torpaq sahəsini faktiki surətdə qəbul edərək indiyədək istifadə etməsinə baxmayaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almadığından mirasın rəsmi surətdə qəbulu müddətini ötürmüşdür. Mirasla bağlı vərəsələr arasında heç bir mübahisə olmadığına baxmayaraq İmişli Regional “ Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən vərəsə kimi ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən mirasın rəsmi surətdə qəbul edilmə vaxtı keçdiyi üçün imtina edilmişdir. Ona görə də, xx.xx.2013cü il tarixdə vəfat etmiş X3 qalmış mirası ( JN 050A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş İmişli şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi) qəbul edilmə müddətinin uzadılması haqqında ərizə vermişdir. İşdə olan JN 050A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş İmişli şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyətindədir. İşdə olan İ-BL 423785 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2013-cü il tarixdə Ukraynanın Xarkov vilayətində ölmüşdür. İşdə olanAZ-İİ 078144 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən Qasımov Vəkil Qasım oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/69-476 saylı arayışına İddiaçı X1 törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/69-477 saylı arayışına X2 Qasım İbrahim oğlu və X1 törəmişdir. İşdə olan İmişli Regional Cavabdeh notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 719 saylı məlumatda göstərilmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 qalmış mirasın qəbuluna dair İddiaçı ərizəsi mirasın açıldığı vaxtdan altı ay keçdiyinə görə təmin edilməmişdir. AR Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikincii növbədə vərəsələrdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 JN 050A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş İmişli şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi miras qalmışdır; İddiaçı onun əmlaka sahiblik edərək mirası faktiki surətdə qəbul etmişdir. Ona görə də, İmişli Regional Cavabdeh notariat ofisi xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 qalmış mirası faktiki surətdə qəbul etmiş vərəsənin tələbini mirasın açıldığı vaxtdan altı ay keçdiyinə görə təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər тутараг QƏTETDİ: Ərizə təmin olunsun. Ərizəçi İddiaçı xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 qalmış mirası (JN 050A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş İmişli şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi) rəsmi surətdə qəbul etmə müddəti (notariat kontoruna mirası qəbul etmə barədə ərizə verilməsi müddəti) mirasın faktiki surətdə qəbul edilməsinə əsaslanaraq uzadılsın. Qətnamədən 1(bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar