Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2549/2020 21.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0048 nömrəli 90717018 kodlu torpaq şəhadətnaməsində səhvən qeyd olunmuş anasının soyadı “X30” qızı rəsmi sənədlərində olduğu kimi X5 və bacısının adı “X20” qızı rəsmi sənədlərində olduğu kimi X3 oxunması səhvin dövlət aktından çıxarılmaqla hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, aqrar islahatı zamanı İmişli rayonu Telişli kəndində ailə üzvlərinə 2.41 ha pay torpaq sahəsi qeydiyyata alınmış və torpağa mülkiyyət hüququna dair JN-0048, kod 90717018 saylı Dövlət Aktı verilmişdir. Dövlət aktında səhvən onun anasının və bacısının adı səhv yazılmışdır. Torpaq sənədində adların səhvliyinin olması həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir.Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X22 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci il tarixdə İmişli rayonunun Telişli kəndində anadan olmuş, atası X18, anası X14r. İş materiallarında olan JN-0048 nömrəli 90717018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.41 ha torpaq sahəsi X19, X9, Ərizəçi, X15, X8 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X16 xx xxxxx 2002-ci il tarixdə İmişli rayonu, Telişli kəndində ölmüşdür. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, xx.xx.2009-cu il tarixdə İmişli rayonu, Telişli kəndində ölmüş X1 Dövlət Aktında X7 qeyd edilmişdir. İşdə olan olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, xx.xx.2009-cu il tarixdə İmişli rayonu, Telişli kəndində ölmüş X6 adı Dövlət Aktında X2 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0048 nömrəli 90717018 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən X1 səhvən “X19” kimi, X6 adı isə “X9“ kimi qeyd olunmuşdur, onların ölüm akt qeydindən çıxarışda qeyd olunan adları və soyadları ilə Dövlət Aktında göstərilən adları və soyadları düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0048 nömrəli 90717018 kodlu Dövlət Aktının X17, X12, Ərizəçi, X15, X11 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0048 nömrəli 90717018 kodlu Dövlət Aktının X17, X12, Ərizəçi, X15, X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X13 X5, X4 X3 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2549/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2549/2020
21.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver