Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2575/2023 16.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC Aran RESTİ-ə qarşı «X3 qaydalarının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı «X3 qaydalarının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «X3 qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli AKT R № 310273 nömrəli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Cəfərli kəndində yaşayır və yaşadığı evdə istifadə olunan elektrik enerjisinin haqqı həmişə vaxtı-vaxtında ödənilmişdir. xx.xx.2023-cü il tarixli AKT R № 310273 nömrəli akt tərtib edilib və mərhum anası X4 adına açılmış abonent hesabına borc yazılmışdır.X1 adına tərtib edilən «X3 qaydalarının pozulması haqqında» aktdan onun xəbəri olmamış və həmin aktın surətini almamışdır. Yaşadığı evdə sayğacdankənar xəttdən istifadə olunmamışdır.Ona görə də «X3 qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli AKT R № 310273 nömrəli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun ləğv edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" ASC Aran RESTİ-nin yoxlayıcıları tərəfindənn 16 avqust 2023-cü il tarixdə istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarət həyata keçirilərkən İddiaçı məxsus olan İmişli rayonunun Cəfərli kəndində yerləşən fərdi yaşayış evində sayğacdankənar X3 olunması faktı aşkar edildiyinə görə «X3 qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli AKT R № 310273 nömrəli akt tərtib edilmiş, EEİQ-nin pozulması ilə əlaqədar hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilmiş və debitor borc hesablanmışdır.Ona görə də, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «X3 qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli AKT R № 310273 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə aparılmış yoxlama nəticəsində mərhum X6 məxsus olan İmişli rayonunun Cəfərli kəndində yerləşən fərdi yaşayış evində sayğacdankənar X3 olunması faktı aşkar edilmiş və 240 gün müddətinə hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «X3 Qaydaları»nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir «X3 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır.Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim verir. Akt energi təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır.Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır.Məişət abonenti izahatlar və aktların məzmumu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, abonent tərəfindən X3də pozuntuya yol verildiyi halda elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü qanunvericiliyə əsasən ancaq bir aydan artıq olmayan müddəti əhatə etdiyindən mərhum X7 barəsində tərtib edilmiş «X3 qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli AKT R № 310273 saylı akta əsasən hesablanmış enerji məbləği 1,1 kvt. x 24 saat x 0,7 x30 gün = 554,4 kvt. s x 0,13 m = 72,07 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. X7 barəsində tərtib edilmiş «X3 qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli AKT R № 310273 saylı akta əsasən hesablanmış enerji məbləği 72,07 (yetmiş iki manat yeddi qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2575/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2575/2023
16.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver