Məhkəmə qərarları › İş №2(036)-2576/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2576/2020

12.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2576/2020 12.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və ərizəçi X8 iştirakı ilə, ərizəçi X8 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X16 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-500A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X1 Eynulla Məhəmmədəli oğlu, X6 Nayibə Urfulla qızı və X2 Vüsalə Məhəmmədəli qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X16 izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-500A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, ərizə verib JN-500A saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X1 Eynulla Məhəmmədəli oğluna, X6 Nayibə Urfulla qızına və X2 Vüsalə Məhəmmədəli qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-500A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən planda sərhədləri göstərilmiş 0.12 ha torpaq sahəsi X28, X22, Ərizəçi1, X16 və X15 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X10 surətinə əsasən Ərizəçi1 xx.xx.1975-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİİ-JQ № 266076 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X19 xx.xx.1980-cı ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİİ-JQ № 388032 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X16 xx.xx.1977-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X10 surətinə əsasən Ərizəçi2 xx.xx.1942-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 068568 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 Eldəniz Əsədulla oğlu ilə xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmuş və Ağayeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/70-206 saylı arayışına əsasən X22 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 297 saylı arayışda göstərilmişdir ki, JN-500A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə texniki səhv edilərək X8 adı X4 yazılmışdır. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 297 saylı arayışda göstərilmişdir ki, JN-500A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə texniki səhv edilərək Ərizəçi2 adı Ərizəçi2 kimi yazılmışdır. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 297 saylı arayışda göstərilmişdir ki, JN-500A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə texniki səhv edilərək X9 adı X7 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-500A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X1 Eynulla Məhəmmədəli oğluna, X6 Nayibə Urfulla qızına və X2 Vüsalə Məhəmmədəli qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-500A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X1 Eynulla Məhəmmədəli oğluna, X6 Nayibə Urfulla qızına və X2 Vüsalə Məhəmmədəli qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar