Məhkəmə qərarları › İş №2(036)-258/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-258/2023

30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-258/2023 30.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X1 xx.xx.2019-cu il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, xalası qızı X1 xx.xx.2019-cu il tarixdə İmişli rayonunun Bəcrəvan kəndində vəfat etmiş və Bəcrəvan kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X1 xx.xx.2019-cu il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X2 surətinə əsasən Ərizəçi xx.xx.1961-ci ildə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 07673381 nömrəli AR X2 surətinə əsasən X4 xx.xx.1968-ci ildə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/69-56 nömrəli arayışına əsasən X4 xx.xx.1968-ci ildə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Bəcrəvan kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 377 nömrəli arayışında göstərilmişdir ki, X4 xx.xx.2019-cu il tarixdə İmişli rayonunda vəfat etmiş və Bəcrəvan kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X1 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli RİHB-nin Bəcrəvan kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 369 nömrəli arayışında göstərilmişdir ki, X5 xx.xx.2019-cu il tarixdə İmişli rayonunda vəfat etmiş və Bəcrəvan kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan JN-0201 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə İmişli rayonunun Bəcrəvan kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.34 ha torpaq sahəsi X6, X12, Ərizəçi, X8 və X3 ümumi mülkiyyətinə verilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 xx.xx.2019-cu il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X1 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X1 ölüm tarixi: xx.xx.2019-cu il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar