Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2587/2023 28.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC Aran RESTİ-ə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2019-cu il tarixli R № 157360 nömrəli, xx.xx.2020-ci il tarixli R № 210439 nömrəli, xx.xx.2020-ci il tarixli R № 172630 nömrəli, xx.xx.2020-ci il tarixli R № 187953 nömrəli, xx.xx.2020-ci il tarixli R № 188074 nömrəli, xx.xx.2020-ci il tarixli R № 210740 nömrəli, xx.xx.2021-ci il tarixli R № 231921 nömrəli, xx.xx.2021-ci il tarixli R № 243248 nömrəli və xx.xx.2022-ci il tarixli R № 283291 nömrəli aktların etibarsız hesab edilməsi və hesablanmış debitor borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Qaravəlli kəndində yaşayır və yaşadığı evdə istifadə olunan elektrik enerjisinin haqqı həmişə vaxtı-vaxtında ödənilmişdir.xx.xx.2019-cu il tarixli R № 157360 nömrəli, xx.xx.2020-ci il tarixli R № 210439 nömrəli, xx.xx.2020-ci il tarixli R № 172630 nömrəli, xx.xx.2020-ci il tarixli R № 187953 nömrəli, xx.xx.2020-ci il tarixli R № 188074 nömrəli, xx.xx.2020-ci il tarixli R № 210740 nömrəli, xx.xx.2021-ci il tarixli R № 231921 nömrəli, xx.xx.2021-ci il tarixli R № 243248 nömrəli və xx.xx.2022-ci il tarixli R № 283291 nömrəli «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktların tərtib edilməsindən xəbərsiz olmuş və aktların surətini almamışdır.Yaşadığı evdə sayğacdankənar xəttdən istifadə olunmamışdır.Ona görə də «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2019-cu il tarixli R № 157360 nömrəli, xx.xx.2020-ci il tarixli R № 210439 nömrəli, xx.xx.2020-ci il tarixli R № 172630 nömrəli, xx.xx.2020-ci il tarixli R № 187953 nömrəli, xx.xx.2020-ci il tarixli R № 188074 nömrəli, xx.xx.2020-ci il tarixli R № 210740 nömrəli, xx.xx.2021-ci il tarixli R № 231921 nömrəli, xx.xx.2021-ci il tarixli R № 243248 nömrəli və xx.xx.2022-ci il tarixli R № 283291 nömrəli aktların etibarsız hesab edilməsi tələbi barədə iddia qaldırmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" ASC Aran RESTİ-nin yoxlayıcıları tərəfindən xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci tarixdə istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarət həyata keçirilərkən İddiaçı məxsus olan İmişli rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində sayğacdankənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edildiyinə görə «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2019-cu il tarixli R № 157360 nömrəli, xx.xx.2020-ci il tarixli R № 210439 nömrəli, xx.xx.2020-ci il tarixli R № 172630 nömrəli, xx.xx.2020-ci il tarixli R № 187953 nömrəli, xx.xx.2020-ci il tarixli R № 188074 nömrəli, xx.xx.2020-ci il tarixli R № 210740 nömrəli, xx.xx.2021-ci il tarixli R № 231921 nömrəli, xx.xx.2021-ci il tarixli R № 243248 nömrəli və xx.xx.2022-ci il tarixli R № 283291 nömrəli aktlar tərtib edilmiş, EEİQ-nin pozulması ilə əlaqədar hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilmiş və debitor borc hesablanmışdır.Ona görə də, iddia tələbi əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2019-cu il tarixli R № 157360 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2019-cu il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. İşdə olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R № 210439 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. İşdə olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R № 172630 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. İşdə olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R № 187953 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. İşdə olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R № 188074 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. İşdə olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R № 210740 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. İşdə olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli R № 231921 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. İşdə olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli R № 243248 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. İşdə olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli R № 243248 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır.Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır Qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndinə əassən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi halda elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü sonuncu baxış tarixindən sonrakı müddəti əhatə etdiyindən daha uzun müddətə hesablaşma aparılması üçün əsaslar olmadığı nəzərə alınaraq dəymiş zərər 1 ay müddətində istifadə edilmiş elektirik enerjisinin dəyəri ilə ölçülməli və İddiaçı barəsində tərtib edilmiş «Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2019-cu il tarixli R № 157360 nömrəli akta əsasən hesablanmış enerji 91,72 manat (2.6 kvt. x 24 saat x 30 gün x 0,7 = 1310,4 kvt. s; 1310,4 kvt.s x 0.07 m) məbləğində, xx.xx.2020-ci il tarixli R № 210439 nömrəli akta əsasən hesablanmış enerji 67,03 manat (1.9 kvt. x 24 saat x 30 gün x 0,7 = 957,6 kvt. s; 957,6 kvt.s x 0.07 m) məbləğində, xx.xx.2020-ci il tarixli R № 172630 nömrəli akta əsasən hesablanmış enerji 95,25 manat (2.70 kvt. x 24 saat x 30 gün x 0,7 = 1360,8 kvt. s; 1360,8 kvt.s x 0.07 m) məbləğində, xx.xx.2020-ci il tarixli R № 187953 nömrəli akta əsasən hesablanmış enerji 63,50 manat (1.8 kvt. x 24 saat x 30 gün x 0,7 = 907,2 kvt. s; 907,2 kvt.s x 0.07 m) məbləğində, xx.xx.2020-ci il tarixli R № 188074 nömrəli akta əsasən hesablanmış enerji 74,08 manat (2,1 kvt. x 24 saat x 30 gün x 0,7 = 1058,4 kvt. s; 1058,4 kvt.s x 0.07 m) məbləğində, xx.xx.2020-ci il tarixli R № 210740 nömrəli akta əsasən hesablanmış enerji 63,50 manat (1.8 kvt. x 24 saat x 30 gün x 0,7 = 907,2 kvt. s; 907,2 kvt.s x 0.07 m) məbləğində, xx.xx.2021-ci il tarixli R № 231921 nömrəli akta əsasən hesablanmış enerji 81,13 manat (2.3 kvt. x 24 saat x 30 gün x 0,7 = 1159,00 kvt. s; 1159,00 kvt.s x 0.07 m) məbləğində, xx.xx.2021-ci il tarixli R № 243248 nömrəli akta əsasən hesablanmış enerji 63,50 manat (1.8 kvt. x 24 saat x 30 gün x 0,7 = 907,2 kvt. s; 907,2 kvt.s x 0.07 m) məbləğində və xx.xx.2022-ci il tarixli R № 283291 nömrəli akta əsasən hesablanmış enerji 28,22 manat (0.8 kvt. x 24 saat x 30 gün x 0,7 = 403,2 kvt. s; 403,2 kvt.s x 0.07 m) məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. İddiaçı barəsində tərtib edilmiş «Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx.xx.2019-cu il tarixli R № 157360 nömrəli akta əsasən hesablanmış enerji 91,72 (doxsan bir manat yetmiş iki qəpik) manat, xx.xx.2020-ci il tarixli R № 210439 nömrəli akta əsasən hesablanmış enerji 67,03 (altmış yeddi manat üç qəpik) manat, xx.xx.2020-ci il tarixli R № 172630 nömrəli akta əsasən hesablanmış enerji 95,25 (doxsan beş manat iyirmi beş qəpik) manat, xx.xx.2020-ci il tarixli R № 187953 nömrəli akta əsasən hesablanmış enerji 63,50 (altmış üç manat əlli qəpik) manat, xx.xx.2020-ci il tarixli R № 188074 nömrəli akta əsasən hesablanmış enerji 74,08 (yetmiş dörd manat səkkiz qəpik) manat, xx.xx.2020-ci il tarixli R № 210740 nömrəli akta əsasən hesablanmış enerji 63,50 (altmış üç manat əlli qəpik) manat, xx.xx.2021-ci il tarixli R № 231921 nömrəli akta əsasən hesablanmış enerji 81,13 (səksən bir manat on üç qəpik) manat, xx.xx.2021-ci il tarixli R № 243248 nömrəli akta əsasən hesablanmış enerji 63,50 (altmış üç manat əlli qəpik) manat və xx.xx.2022-ci il tarixli R № 283291 nömrəli akta əsasən hesablanmış enerji 28,22 (iyirmi səkkiz manat iyirmi iki qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2587/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2587/2023
28.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver