Məhkəmə qərarları › İş №2(036)-2601/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2601/2021

29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2601/2021 29.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0352 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 Vəliağa Əziz oğlu, X1 Hava İsmayıl qızı və X4 Ülvi Vəliağa oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Şahverdili kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 2.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0352 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0352 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 Vəliağa Əziz oğlu, X1 Hava İsmayıl qızı və X4 Ülvi Vəliağa oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0352 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin 25.11.2004-cü il tarixli 10 saylı qərarı ilə İmişli rayonunun Şahverdili kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.43 ha torpaq sahəsi X18, X11, X14, X15 və X5 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 670215 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X21 06.04.1993-cü ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İİİ-JQ № 274069 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X20 10.03.1960-cı ildə Naxçıvan MR-da anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X3 surətinə əsasən X21 06.04.1993-cü ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 20.09.2021-ci il tarixli 05/70-437 nömrəli ölüm haqqında arayışın surətinə əsasən X12 03.07.2007-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Göbəktala kənd İƏD üzrə İN tərəfindən verilmiş 25.10.2021-ci il tarixli 705 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi adı X18, X7 adı X11 və X13 adı X6 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0352 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 Vəliağa Əziz oğluna, X1 Hava İsmayıl qızına və X4 Ülvi Vəliağa oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0352 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Vəliağa Əziz oğluna, X1 Hava İsmayıl qızına və X4 Ülvi Vəliağa oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar