Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2603/2021 17.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 080312 və 079565 nömrəli “Torpaq sənədinin planı və ölçüsü” sənədində səhvən qeyd olunmuş “X2” ölüm haqqında şəhadətnaməsində olduğu kimi X3 oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum atası X6 İmişli rayonu Aqrar İslahatı Komissiyasının 25 dekabr 2006-cı il tarixli, 03 saylı qərarı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənəd verilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” ilə bağlı sənədlərdə hüquq sahibinin soyadında ciddi uyğunsuzluq aşkar edilmişdir. Belə ki, mərhumun soyadı “Torpaq sahəsinin planı və ölçüsü” ilə bağlı sənədlərdə Cəfərov əvəzinə Cahangirov kimi göstərimişdir. Mərhum atası X7 19 mart 2010-cu ildə tarixdə vəfat etmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” də atasının soyadının düzgün qeyd olunmaması onun həmin sənədlərdən istifadə etməsinə mane olur. Sözügedən sənədlərdə müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Ona görə də həmin sənədin mərhum atasına məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 079565 nömrəli, “Torpaq sahəsinin planı və ölçüsü”-dən görünür ki, İmişli rayon AİK-nin 25 dekabr 2006-cı il tarixli, 03 saylı qərarı ilə 28425.65 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 080312 nömrəli, “Torpaq sahəsinin planı və ölçüsü”-dən görünür ki, İmişli rayon AİK-nin 25 dekabr 2006-cı il tarixli, 03 saylı qərarı ilə 2713.76 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2 mülkiyyətinə verilmişdir. İşdə olan 313180 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 may 1932-ci il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan AZE 04766148 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 079565 və 080312 nömrəli, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 415239 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 mart 2010-cu il tarixdə İmişli şəhərində vəfat etmişdir. Göründüyü kimi, 079565 və 080312 nömrəli, “Torpaq sahəsinin planı və ölçüsü”-də X4 adı, soyadı və ata adı X1 göstərilsə də, iş materiallarında ona aid olan bütün sənədlərdə, o cümlədən İmişli rayon İcra Hamiyyəti Başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda, hərbi biletdə, evlənmə haqqında şəhadətnamədə, əmək kitabçasında və digər sənədlərində adı, soyadı və ata adı X3 qeyd olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, 079565 və 080312 nömrəli, “Torpaq sahəsinin planı və ölçüsü”-də texniki səhvə yol verilərək torpaq mülkiyyətçisinin adı düzgün qeyd olunmamışdır, həmin sənəd ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 079565 və 080312 nömrəli, “Torpaq sahəsinin planı və ölçüsü”-də torpaq mülkiyyətçisinin adı X3 oxunmalı və həmin sənədin ona məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpaq sahəsinin planı və ölçüsü”-nə dair 079565 və 080312 nömrəli sənədlərin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 X3 oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2603/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2603/2021
17.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver