Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2610/2022 28.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-022A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X4 Mansur Astan oğlu, X1 Aynurə Mansur qızı və JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Aynurə Mansur qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Nurulu kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 2.54 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN- 0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı və JN-022A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı səhv qeyd olunmuşdur. Ona görə də, ərizə verib JN-022A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X4 Mansur Astan oğluna, X1 Aynurə Mansur qızına və JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Aynurə Mansur qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-022A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 06 dekabr 1997-ci il tarixli 03 saylı qərarı ilə İmişli rayonunun Nurulu kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.33 ha torpaq sahəsi X23, X26, X16, X24 və X12 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə İmişli rayonu, Nurulu kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.54 ha torpaq sahəsi Ərizəçi, X26, X17, X14 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan AZE ******** nömrəli AR X7 surətinə əsasən Ərizəçi xx.xx.1967-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İşdə olan AA ******* nömrəli AR X7 surətinə əsasən X26 xx.xx.1970-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin XVİİ-JQ № 254032 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X15 xx.xx.1992-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin XİV-JQ № 494648 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X17 xx.xx.1991-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin V-JQ № 364851 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X5 Mansur Astan oğlu ilə xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmuş və İsmayılova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-427 nömrəli arayışına əsasən X13 doğulmuş xx.xx.2000-ci il təvəllüdlü X3 Mansur Astan oğlundan törəmişdir. İşdə olan İmişli RİHB-nin Muradallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 406 saylı arayışına əsasən JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X10 adı X8 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Əliqulular kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 405 saylı arayışına əsasən JN-022A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə texniki səhv olaraq Ərizəçi adı X23 və X10 adı X9 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-022A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X4 Mansur Astan oğluna, X1 Aynurə Mansur qızına və JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Aynurə Mansur qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-022A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X4 Mansur Astan oğluna, X1 Aynurə Mansur qızına və JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Aynurə Mansur qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2610/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2610/2022
28.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver