Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2619/2020 23.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 0222 nömrəli 90702018 kodlu Dövlət Aktında səhv olaraq yazılmış ata adı “Ərizəçi Cəlal” qızı rəsmi sənədlərində olduğu “Ərizəçi” qızı kimi və “X17” qızının adı isə rəsmi sənədlərində olduğu kimi “X18” qızı kimi oxunması və dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, aqrar islahatı zamanı İmişli rayonu Bəcrəvan kəndində ailə üzvlərinə 3,84 ha çöl pay torpaq sahəsi qeydiyyata alınmış və torpağa mülkiyyət hüququna dair JN-02xx xxxxx 90702018 saylı Dövlət Aktı verilmişdir. Dövlət aktında səhvən onun atasının və qayınanasının adı səhv yazılmışdır. Torpaq sənədində adların səhvliyinin olması həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir.Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0222 nömrəli 90702018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 3.84 ha torpaq sahəsi X7, Maraqlı şəxs1 Əmkişi oğlu, Ərizəçi Cəlal qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, xx xxxxxx 2011-ci il tarixdə İmişli rayonu, Bəcrəvan kəndində ölmüş X3 adı Dövlət Aktında X1 qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X9 xx xxxx 1966-cı ildə İmişli rayonu Bəcrəvan kəndində anadan olmuşdur. İş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 05/69-324 nömrəli nikah akt qeydindən görünür ki, X13 və X10 xx xxxxxx 1967-ci il tarixdə 29 nömrəli akt qeydi ilə nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra X5 öz soyadı, yəni Abbasova soyadı verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 05/69-407 nömrəli nikah akt qeydindən görünür ki, Maraqlı şəxs1 Əmkişi oğlu və ərizəçi X9 xx xxxxxx 1992-ci il tarixdə 08 nömrəli akt qeydi ilə nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərizəçi X6 Əhmədova soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0222 nömrəli 90702018 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi atasının adı səhvən “Ərizəçi Cəlal qızı” kimi, X3 adı isə “X8“ kimi qeyd olunmuşdur, onların sənəddə qeyd olunan adları və soyadları ilə Dövlət Aktında göstərilən adları və ata adı ilə düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0222 nömrəli 90702018 kodlu Dövlət Aktının X11, Maraqlı şəxs1 Əmkişi oğlu, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3a məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0222 nömrəli 90702018 kodlu Dövlət Aktının X10, Maraqlı şəxs1 Əmkişi oğlu, Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Cəlal qızının Ərizəçi kimi, X4 X2 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2619/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2619/2020
23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver