Məhkəmə qərarları › İş №2(036)-2627/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2627/2020

23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2627/2020 23.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum və ölüm faktlarının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla X7 faktiki nikahlarından doğulmuş X5 xx xxxxxxxx 2002-ci il tarixdə İmişli şəhərində doğulması və onun xx xxxxxx 2002-ci il tarixdə İmişli şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, onun X13 ilə faktik nikahlarından xx xxxxxxxx 2002-ci il tarixdə İmişli şəhərində X9 adlı bir övladları doğulmuşdur. Eyni faktiki nikahdan xx xxxxxx 1995-ci il təvəllüdlü X14, xx xxxxxx 2005-ci il təvəllüdlü X11, xx xxxxxxx 2008-ci il təvəllüdlü X16, xx xxxxxx 2012-ci il təvəllüdlü X8 adlı 5 nəfər övladları dünyaya gəlmişdir. Aytac onun hamiləliyinin 6-cı ayında doğulmuşdur, doğum evindən doğum faktını təsdiq edən tibbi arayış alıblar. Lakin ağır maddi imkansızlıq üzündən Qeydiyyat Şöbəsinə doğum şəhadətnaməsi alma haqqında müraciət etməmişdirlər. Aytac 3 ay sonra, xx xxxxxx 2002ci ildə yaşadıqları İmişli şəhəri, H.Əliyev prospekti, ev 168-də fiziki zəiflik üzündən ölmüşdür. Qızları Aytacın ölümü faktı ilə bağlı tibb müəssisəsinə, hər hansı dövlət icra orqanına müraciət etməmişdirlər və Aytacı xx.xx.2002-ci ildə İmişli şəhər qəbirstanlığında adsız qəbirdə basdırıblar. Sonradan Aytacın ölümü faktının təsdiq edilməsi barədə şəhadətnamə almaq üçün də Maraqlı şəxsnə müraciət etməyiblər. Hazırda ona xx xxxxxxxx 2002-ci il tarixdə doğulmuş qızı X5 doğum və ölüm faktlarını təsdiq edən rəsmi dövlət şəhadətnamələrini almaq vacibdir. Maraqlı şəxsndən ona bu sənədlərin verilməsindən imtina edilərək, ölüm faktının məhkəmə tərəfindən təsdiq edilməli olması barədə xx.xx.2020-ci il tarixli rəy verilmişdir. xx xxxxxxxx 2002-ci il tarixdə doğulmuş X5 doğum və ölüm faktlarını şahidlər məhkəmədə təsdiq edə bilərlər. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərdən görünür ki, ərizəçinin xx xxxxxx 1995-ci il tarixdə X14, xx xxxxxx 2005-ci il tarixdə X11, xx xxxxxxx 2008-ci il tarixdə X16 və xx xxxxxx 2012-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin oğlu X14 xx xxxxxx 2010-cu il tarixdə İmişli rayonunda ölmüşdür. İş materiallarında olan Ərizəçi, X2, X3 imzaları ilə və İmişli mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, xx.xx.1976-cı ildə Beyləqan şəhərində doğulmuş, İmişli şəhəri, H.Əliyev prospekti, ev 168, mənzil 8-də qeydiyyatda olan Ərizəçi həqiqətən 2000-ci ildən 2018-ci il dekabrın 01-dək olan müddətdə İmişli şəhəri, H.Əliyev prospekti, 168 ünvanında X13 ilə faktiki nikahda olub birgə yaşamışlar və onların birgə nikahdan 5 (beş) uşağı-2 oğlu və 3 qızı doğulmuşdur. Həmin nikahdan xx xxxxxxxx 2002-ci ildə İmişli şəhərində X9 doğulmuş və xx xxxxxx 2002-ci ildə İmişli şəhərində yaşadıqları evdə ölmüş və İmişli şəhər qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxstərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəydən görünür ki, mərhum X5 ölümünün qeydə alınmasından imtina edilmişdir. Аzərbaycan Respublikası Konistitusiyasının 125-cimaddəsinin Vİİ bəndində göstərilmişdir ki,məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X15 Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı Ərizəçi X13 ilə olan nikahından xx xxxxxxxx 2002-ci il tarixdə İmişli şəhərində Aytac adlı qızının doğulması və onun xx xxxxxx 2002-ci il tarixdə İmişli şəhərində ölməsini göstərsə də məhkəməyə bunları təsdiq edən heç bir sənəd və sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi “doğum və ölüm faktlarının müəyyən edilməsinə dair” ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar