Məhkəmə qərarları › İş №2(036)-2639/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2639/2020

06.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2639/2020 06.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlunun iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş X1 qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, 188174 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonunun Qulubəyli kəndində ailə üzvləri ilə birgə yaşayır. Ona cavabdehin əməkdaşları borcu olduğunu demişlər və oda işıq idarəsindən səbəbini soruşanda ona xx.xx.2020-ci il tarixli, 188174 saylı aktı təqdim etmişlər. O, elektrik xəttininin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatna görə bütün ödənişləri sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtı vaxtında ödəniş etmişdir. Tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. xx.xx.2020-ci il tarixdə “xxxxxxxx“ ASC-nin əməkdaşları tərəfindən onun yaşayış evinə sayğaca baxış keçirərkən guya elektriki sayğacdan kənar xətdən istifadə etmiş və ona 561,84 manat əlavə sərfiyyat hesablamışlar. Bu barədə 188174 nömrəli akt tərtib edilmişdir. Hətta hesablanacaq məbləğin tam ödənilməsi də aktda göstərilmişdir. Qeyd olunan akt onun iştirakı olmadan tərtib olunmuşdur. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydalarının“ tələbləri pozulmuşdur. Buna görədə həmin akt ləğv edilməlidir. “xxxxxxxx“ ASC-nin işçilərinin həmin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur. Ona görə də onun barəsində tərtib edilmiş X1 qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, 188174 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı evində xx.xx.2020-ci il tarixində X1 qaydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması faktı aşkar edilmiş və X1yə görə İddiaçı 561,84 manat məbləğində əlavə sərfiyyat yazılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş EEİQ-nın 8.32-ci bəndi rəhbər tutularaq və fakta istinad olunaraq xx.xx.2020-ci il tarixli, 188174 saylı akt tərtib edilmişdir. Bu da «X1 Qaydalarının» (EEİQ) 8.32-ci bəndinin istehlakçı tərəfindən pozulması deməkdir. İddiaçının müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq bərpa edilmişdir. Bunun üçün yol verilmiş həmin pozuntu faktlarının aşkarlanmasının özü belə kifayət edir. Aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Göründüyü kimi iddiaçı ərizəsində aktın etibarsız hesab edilməsi üçün heç bir sübut göstərə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş X1 qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, 188174 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Qulubəyli kəndində yerləşən evində xx.xx.2020-ci il tarixdə X1 qaydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması faktı aşkar edilmiş və İddiaçı 561,84 manat məbləğində əlavə sərfiyyat yazılmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş matariallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Qulubəyli kəndində yerləşən evində X1 qaydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması aşkar olunduğundan «EEİQ»-nın 8.32-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli, 188174 saylı akt tərtib olunmuş və iddiaçıya əlavə enerji ödənişi hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «X1 Qaydaları»nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enercitəjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, «xxxxxxxx» ASC ilə abonent arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «X1 Qaydaları»nın 8.1-ci maddəsinin tələbinə görə dövlət energetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən …yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən …öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi iş üzrə tərəflər arasında müqavilə bağlanmadığından istehlakçının enerji təchizatı müəssisəsi qarşısında öhdəliyi də yaranmamışdır. «X1 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində tərtib edilmiş «X1 qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli, 188174 saylı akta əsasən hesablanmış enerji məbləği 2.75 kvt. x 0,7x 12 saat x 30 gün = 693 kvt. s; 693 kvt.s x 0.11 m = 76.23 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş «X1 qaydalarının pozulması haqqında» xx.xx.2020ci il tarixli, 188174 saylı akta əsasən hesablanmış enerji məbləği 76.23 (yetmiş altı manat, iyirmi üç qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar