Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2652/2020 13.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlunun iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı X1yə görə 500 manat məbləğində əsassız hesablanmış debitor borcun tələb edilməsinə xitam verilməsi və həmin borcun abunə hesabından silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək 500 manat məbləğində əsassız hesablanmış debitor borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, işlətdiyi enerjinin haqqını vaxtında ödəyir. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi ona bildiriş verəndə borcunun çox olduğunu görüb və həmin idarəyə yaxınlaşanda ona bildirmişlər ki, həmin borc “xxxxxxxxxx” ASC-nin dövründə 2010-2013-cü illərdə yaranıb. Həmin sənəddə də borcun “xxxxxxxxxx” ASC-nin dövründə yarandığı görünür. Lakin o hər ay istifadə etdiyi enerjinin dəyərini ödədiyini bildirmişdi. Hazırda 2-ci qrup əlildir, yaşadığı ev qəzalı vəziyyətdədir və orada yaşayış yoxdur. O, cavabdeh təşkilata həmin evdə enerjidən istifadə olunmadığını bildirmişdir. Ona görə də onun barəsində hesablanmış X1yə görə yaranan və silinməsinə dövlət orqanları tərəfindən göstəriş verilmiş 500 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı barəsində heç bir akt, protokol tərtib edilməmişdir. Həmçinin İddiaçı ödəniş və sərfiyyatı haqqında məlumatlardan görünür ki, yaranmış borc 2015-ci ildə sərf etdiyi elekrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənməməsi səbəbindən yaranmışdır və iddiaçının istehlak etdiyi enerjinin dəyərini vaxtında ödəmədiyindən iş üzrə cavabdeh olaraq «xxxxxxxx» ASC-yə maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə həmin zərəri tam həcmdə ödəməlidir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş matariallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Aşıqalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əmirov X2 rayonunun Aşıqalılar kəndində yaşayır. İş materiallarında olan, 003340 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qrup əlildir. Enerjitəchizatının subyektləri arasında X1də və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “X1 Qaydaları” na uyğun həll edilir. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. “X1 Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. “X1 Qaydaları”nın 7.13-cü bəndində göstərilir ki, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən öhdəliklərin xitamı üçün müddətlər göstərilmişdir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmçinin məhkəmədə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, «xxxxxxxx» ASC ilə abonent arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «X1 Qaydaları»nın 8.1-ci maddəsinin tələbinə görə dövlət energetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən …yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən …öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi iş üzrə tərəflər arasında müqavilə bağlanmadığından istehlakçının enerji təchizatı müəssisəsi qarşısında öhdəliyi də yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq İddiaçı abonent hesabına əlavə edilmiş 500 manat debitor borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı abonent hesabına əlavə edilmiş 500 (beş yüz) manat debitor borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2652/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2652/2020
13.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver