Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2654/2020 29.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-01xx xxxxx 90712018 saylı Dövlət aktında səhv olaraq yazılmış “X8”nın şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi oxunması, həmin Dövlət aktının ona aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, ona, babası X1 və ailə üzvləri-Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4, X2 və X4 adlarına aqrar islahatı zamanı İmişli rayonu Muradallı kəndində 2.33 ha çöl torpaq sahəsi qeydiyyata alınmış və torpağın mülkiyyətə verilməsinə dairJN-0134 kodlu, 90712018 saylı Dövlət Aktı verilmişdir. Dövlət aktında onun adı səhvən Gülnar əvəzinə, Gülnaz kimi yazılmışdır. Sənəddə buraxılan səhvlər onların həmin hüququmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir.Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Həmin faktın müəyyən edilməsi vərəsəlik məsələsinin həlli üçün vacibdir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1995-ci il tarixdə İmişli rayonu Muradallı kəndində doğulmuş ərizəçinin adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan JN-0134 nömrəli 90712018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2002-cü il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.33 ha torpaq sahəsi X8, X9, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4, X10, X4 ümumi mülkiyyətinə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0134 nömrəli 90712018 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi adı səhvən “X8” kimi qeyd olunmuşdur, onun şəxsiyyət vəsiqəsinin surətində qeyd olunan adı ilə Dövlət Aktında göstərilən adı düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0134 nömrəli 90712018 kodlu Dövlət Aktının Ərizəçi, X5, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4, X6, X7 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0134 nömrəli 90712018 kodlu Dövlət Aktının Ərizəçi, X5, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4, X6, X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 Ərizəçi kimi oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2654/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2654/2020
29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver