Məhkəmə qərarları › İş №2(036)-2668/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2668/2021

17.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2668/2021 17.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-337A nömrəli 90701004 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş “X7” X18, “X12” X15 və “X16” Ərizəçi1 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni onunla əsaslandırmışdır ki, onun adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-337A nömrəli 90701004 kodlu şəhadətnamə verilmişdir. Şəhadətnamədə texniki səhv olaraq X2 X3, X1 və ata adı X6 və Ərizəçi1 soyadı X10 yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməklərinə mane olur. Şəhadətnaməni vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 da eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-337A nömrəli 90701004 kodlu şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,05 ha torpaq sahəsi X13, X14, X9, X17, X20, X21 və Ərizəçi2 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 26 mart 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. İşdə olan XX-JQ 419475 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 02 aprel 1997-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan AZ-İ 065340 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-337A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan AZE 13219623 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-337A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X5 qeyd edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-337A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X16 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-337A nömrəli 90701004 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə və onların ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-337A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları X13, X14, X9, X18, X15, Ərizəçi1 və Ərizəçi2 kimi oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-337A nömrəli 90701004 kodlu şəhadətnamənin X13, X14, X9, X18, X15, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 X5, X12 X4 və X16 Ərizəçi1 kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar