Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2692/2020 29.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-03xx xxxxx 90712028 saylı Dövlət Aktında səhv olaraq yazılmış “Qubadova Şölə Taleh qızı”nın şəxsiyyət vəsiqəsində olduğu kimi X1 oxunması, səhvin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından çıxarılmaqla rəsmi sənədlərdə olduğu kimi yazılmaqla hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, aqrar islahatı zamanı onun ailəsinin adına İmişli rayonu Otuzikilər kəndində 1.02 ha kənd təsərrüfatı məhsulları əkilməsi üçün torpaq sahəsi qeydiyyata alınmış və torpağın mülkiyyət hüququna dair JN- 0357 kodlu, 90712028 saylı Dövlət Aktı verilmişdir. Dövlət aktında onun adı səhvən Jalə əvəzinə, Şölə kimi yazılmışdır. Sənəddə buraxılan səhv onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir.Dövlət Aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1988-ci il tarixdə İmişli rayonu Otuziki kəndində doğulmuş ərizəçinin adı, soyadı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 292282 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə ərizəçi X9 arasında nikah xx xxxxxx 2007-ci il tarixdə İmişli rayon VVADQ şöbəsi tərəfindən bağlanmış və həmin nikah 50 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X5 “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan JN-0357 nömrəli 90712028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1.02 ha torpaq sahəsi X11, X6, Qubadova Şölə Taleh qızı, X7 və X2 ümumi mülkiyyətinə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0357 nömrəli 90712028 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən X3 adı səhvən “Qubadova Şölə Taleh qızı” kimi qeyd olunmuşdur, onun şəxsiyyət vəsiqəsinin surətində qeyd olunan adı ilə Dövlət Aktında göstərilən adı düz gəlmir. Həmçinin ərizəçi X9 nikaha daxil olduqdan sonra “Quliyeva” soyadını götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0357 nömrəli 90712028 kodlu Dövlət Aktının X11, X6, Ərizəçi, X7 və X4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0357 nömrəli 90712028 kodlu Dövlət Aktının X11, X6, Ərizəçi, X7 və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş Quliyeva Şölə Taleh qızının Ərizəçi kimi oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2692/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2692/2020
29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver