Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2694/2021 06.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-676A nömrəli 90700016 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş “X7” Hümbətova (Abbasova) Şəhla Hümbət qızı və “X8” X4 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-676A nömrəli 90700016 kodlu şəhadətnamə verilmişdir. Şəhadətnamədə texniki səhv olaraq Hümbətova (Abbasova) Şəhla Hümbət qızı X2 və X1 Sehrayyə Elxan qızı kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Şəhadətnaməni vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-676A nömrəli 90700016 kodlu şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.18 ha torpaq sahəsi Ərizəçi, X10, X11, X17 və X9 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 01.07.1969-cu il tarixdə İmişli rayonunda anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-676A nömrəli 90700016 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X5 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-676A nömrəli 90700016 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan İV- JQ 482506 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X15 arasında nikah 04 avqust 1988-ci il tarixdə İmişli rayon VVAQ şöbəsi tərəfindən bağlanmış və həmin nikah 191 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 385347 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X14 arasında nikah 18 fevral 2020-ci il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və həmin nikah 362 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-676A nömrəli 90700016 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-676A nömrəli 90700016 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları Ərizəçi oğlu, X15, X14, X17 və X6 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-676A nömrəli 90700016 kodlu şəhadətnamənin Ərizəçi oğlu, X15, X14, X17 və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 X5 və X8 X4 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2694/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2694/2021
06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver