Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2749/2020 07.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, ərizəçilər Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0119 nömrəli 90708018 kodlu Dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-155A nömrəli 90708018 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş “X23“ X24, “Ərizəçi2 Əlsəddər qızı” Ərizəçi2, “X15” Ərizəçi1, “X16” Ağayeva (Quliyeva) Türkan Gülhüseyn qızı və “X17” Cəbiyeva (Quliyeva) Səmayə Gülhüseyin qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayonu X21 xx xxxxxx 2001-ci il tarixli 13 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-01xx xxx 90708018 saylı Dövlət Aktı və xx xxxxxx 1997-ci il tarixli 13 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-155A KOD 90708018 saylı Şəhadətnamə verilmişdir. Dövlət Aktında və Şəhadətnamədə texniki səhv olaraq X2 Gülhüseyn Qulu oğlu kimi, Ərizəçi2 Ərizəçi2 Əlsəddər qızı kimi, Ərizəçi1 X1, Ağayeva (Quliyeva) Ərizəçi3 (Quluyeva) Türkan Gülhüseyn qızı kimi və Cəbiyeva (Quliyeva) X14 (Quluyeva) Səmayə Gülhüseyn qızı kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Həmin sənədlərdən istifadə edə bilməyləri üçün ad və ata adındakı yalnışlıq məhkəmə qaydasında düzəldilməli sənəddəki X23 ölüm haqqında şəhadətnamədə olduğu kimi X24, Ərizəçi2 Əlsəddər qızı şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi2, X15 şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi1, Ağayeva (Quluyeva) Türkan Gülhüseyn qızı şəxsiyyət vəsiqəsində olduğu kimi Ağayeva (Quliyeva) Türkan Gülhüseyn qızı kimi və Cəbiyeva (Quluyeva) Səmayə Gülhüseyn qızı şəxsiyyət vəsiqəsində olduğu kimi Cəbiyeva (Quliyeva) Səmayə Gülhüseyn qızı oxunmalıdır. Dövlət Aktı və şəhadətnaməni vermiş X30 və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və və Ərizəçi4 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X35 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-115A nömrəli 90708018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 1997-ci il tarixli 13 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.28 ha torpaq sahəsi X23, Ərizəçi2 Əlsəddər qızı, X15, X16 və X5 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-119 nömrəli 90708018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 2001-ci il tarixli 13 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.80 ha torpaq sahəsi X23, Ərizəçi2 Əlsəddər qızı, X15, X16 və X5 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X24 xx.xx.1957-cı ildə İmişli rayonu Qaralar kəndində anadan olmuşdur. İş materiallarından olan 300428 nömrəli nikahın baçlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə Ərizəçi2 arasında xx xxxxxxx 1986-cı il tarixli 16 nömrəli nikah akt qeydi qeydə alınmışdır. İş materiallarında olan AZE 08151501 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X10 qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 Əlsəddər qızının adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1990-cı ildə İmişli rayonu Qaralar kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1988-cı ildə İmişli rayonu Qaralar kəndində anadan olmuşdur. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi4 kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 438384 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə ərizəçi X12 arasında nikah xx xxxxxx 2008-ci il tarixdə Saatlı rayon Varxankənd kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və həmin nikah 23 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X8 “Cəbiyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 162962 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə ərizəçi X19 arasında nikah xx xxxxx 2017-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və həmin nikah 120 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X11 “Ağayeva” soyadı verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə İmişli rayonunda ölmüş X20 adı Dövlət X3 kimi qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-115A nömrəli 90708018 kodlu şəhadətnamədə və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0119 nömrəli 90708018 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair «Torpağın mülkiyyətə verilməsinə dair» JN-115A nömrəli 90708018 kodlu şəhadətnamədə və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0119 nömrəli 90708018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları X24, Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 kimi oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-115A nömrəli 90708018 kodlu şəhadətnamənin və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0119 nömrəli 90708018 kodlu Dövlət X4, Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X18 X10, Ərizəçi2 Əlsəddər qızının Ərizəçi2 kimi, X6 Ərizəçi1 kimi, X7 Ağayeva (Quliyeva) Türkan Gülhüseyn qızı kimi və X5 Cəbiyeva (Quliyeva) Səmayə Gülhüseyin qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2749/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2749/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver