Məhkəmə qərarları › İş №2(036)-275/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-275/2025

13.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-275/2025 13.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh “İmişli Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin” nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “İmişli Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinə” qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh «İmişli Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinə” qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İmişli Kommunal X1 yaşıllaşdırma və sanitar-təmizlik idarəsində “X9” Məhdud Məsuliyyətli Cəmiyyətlə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında təmizlik işində işləmişdir. “X9” MMC-nin direktor müavini Emin İsmayılovun 15 aprel 2024-cü il tarixli 3-17-7/3-2-2-3742/2024 saylı əmrinə əsasən onunla əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin B bəndinə əsasən xitam verilmişdir. Bundan sonra o, aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində “Əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqı tələbi barədə” iddia qaldırmışdır. Bundan sonra işə baxılarkən “X9” MMC-nin nümayəndəsi məhkəmədə ona işə bərpa etdiklərini bildirdiyi üçün ərizə yazaraq iddiadan imtina etmiş və məhkəmə işə bərpa olunmağını əsas gətirərək bununla bağlı 2(004)- 348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli qərardad çıxarmışdır. Buna baxmayaraq İmişli Mənzil-Kommunal Təsərrüfat-İstehsalat Birliyi onu işə buraxmamışdır. Bununla bağlı yenidən məhkəməyə müraciət etməyini bildirmişlər. O, işə buraxılmamağını qanunsuz və əsassız hesab edir və ləğv edilməsini tələb etmişdir. Əlavə olaraq bildirir ki, o, 2-ci qrup əlildir. Onun heç bir yerdən gəliri yoxdur və işə ehtiyacı vardır. Əmək mübahisəsi ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya sessiyası (İMS) keçirilmiş, lakin hər hansı razılıq əldə olunmamışdır. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “İmişli Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin” nümayəndəsi X7 məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan nömrəli Azərbaycan Vətəndaşının AA ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işəgötürən “X9” MMC tərəfindən İmişli rayon ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi peşəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla, işə başlama tarixi xx.xx.2024-cü il, müddətli əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixdə işəgötürən “X9” MMC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, ə əsasən xx.xx.2024-cü il tarixdə işəgötürən “X9” MMC tərəfindən İmişli rayon ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi peşəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla, işə başlama tarixi xx.xx.2024-cü il, müddətli əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işəgötürən “X9” MMC tərəfindən İmişli rayon ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi peşəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla, işə başlama tarixi xx.xx.2024-cü il, müddətli əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. İş materiallarında olan xxxxxxx0004X0 nömrəli xx.xx.2024-cü il tarixlli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “X9” MMC tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci hissəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işəgötürən “X9” MMC tərəfindən İmişli rayon ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi peşəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla, işə başlama tarixi xx.xx.2024-cü il, müddətli əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti ilə “X9” MMC arasında bağlanmış işçi qüvvəsinin təmin edilməsinə dair sazişdən görünür ki, bu sazişin predmeti Rayon İcra Hakimiyyətinin göstərişinə əsasən İçraçı tərəfindən təşkil olunmuş X6 təqdim etdiyi işçi qüvvəsini cəlb etməkdən, habelə işəgötürən kimi Mərkəzin İşçi qüvvəsinə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklərinə görə İcraçının cavabdehlik daşımasından ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 105 saylı Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamından görünür ki, 1. İmişli Mənzil Kommunal X2 direktoru X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a) bəndinə uyğun olaraq 15 iyul 2024-cü il tarixdən tutduğu vəzifəsindən azad edilməsi, 2. İmişli Mənzil Kommunal X2 direktoru vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq (direktor vəzifəsinə yeni təyinat olanadək) Birliyin direktorunun müavini vəzivəsində çalışan İbrahimov Yusif ibrahim oğluna həvalə edilməsi, 3. İmişli Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə və RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tapşırılsın ki, Birliyinin fəaliyyətinə nəzarəti gücləndirməklə bütün fəaliyyət istiqamətləri üzrə işlərin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etməsi, 4. RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, Sərəncamın icrasına uyğun olaraq qanunamüvafıq sənədləşmə işlərinin aparılmasını təmin etməsi haqqında sərəncam verilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “X9” MMC İmişli rayon ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul olunmuş və xx.xx.2024-cü il tarixdə “X9” MMC İmişli rayon ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci hissəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli, 3-17-7/2-2-54203/6/2024 saylı məktubun surətindən görünür ki, İddiaçı mediasiya prosesinin tətbiqi barədə X9nə etdiyi xx.xx.2024-cü il tarixli təklifinə baxılması və onunla Mərkəz arasında xx.xx.2024-cü il tarixində bağlanılaraq İmişli rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilməsi və onunla bağlanılmış əmək müqaviləsinin qüvvədə olması bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sabirabad 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası ilə əlaqədar ərizə ilə Mediasiya Təşkilatına müraciət etmişdir. “X9” MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “Sizin mediasiya prosesinin tətbiqi barədə X9nə (bundan sonra Mərkəz) etdiyiniz xx.xx.2024-cü il tarixll təklifinizə Mərkəzdə aidiyyəti üzrə baxilmışdir. Sizinlə Mərkəz arasında 12. 01. 2024-cü il tarixində əmək müqaviləsi baglanılaraq İmişli rayonu ərazisində təmizlik işləri VO sosial xidmətlərin göstərilməs Üzrə köməkçi vəzifəsinə təhkim edilmisiniz VƏ Sizinlə bag lanılmış əməK müqaviləsı hal-hazırda qüvvədədir. İmişli rayonu ÜZrə haqqi ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində. tərəflərin hüquqlari, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü lmişli Rayon icra Hakimiyyəti, İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyi (lcraçi) Və DOST İs Mərkəzi arasında 'İşçİ qüvvəsinin təmin edilməsinə dair Sazış "lə müəyyən edilmiş qayda və prinsipləre osasən tənzimlənir. "Saziş"in 4.2-ci bandine osasen !craçı işçi qüvvəsini ictimai işləre calb edərken iş yerində əmək șəraiti șərtlərini (omək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarina uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. "Saziş"in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, əmək nizam-intizamına və gündəlik fəaliyyətine İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapșırığı və onun birbașa nəzarəti altında fəaliyyət göstərir. İctimai işçilərin eməkhaqları təhkim olunduqları İcraçı qurum tərəfindən Mərkəzə təqdim edilmiş işə davamiyyət cədvəllərinə (tabelə) əsasən ödənilir. İcraçı qurum tərəfindən Mərkəzə təqdim edilən ișə davamiyyət cədvəllərinə (tabelə) əsasən Size cari ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün iş günü qeyd edilmədiyindən əməkhaqqı ödənilməmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə esasən əmək münasibətlərindən irəli gəlen mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər.” İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı 60 manat məbləğində pul vəsaitini Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2(004)-3483/2024 saylı qərardadın surətindən görünür ki, İddiaçı cavadeh “X9” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair 2(004)-3483/2024 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. “Azemis” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, iddiaçı “X9” MMC İmişli rayon ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən: Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən:

1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri.

2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən:

1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddiaçı «İmişli Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinə” qarşı iddia tələbi ilə məhkəmə müraciət edərək işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərində olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Qeyd edilən münasibətlərin isə iddiaçı ilə cavabdeh arasında yaranması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi ona cavab verməli olmayan cavabdehə qarşı qaldırılmışdır. Beləliklə, iddiaçı işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi kimi işəgötürənin vəzifələrindən irəli gələn tələblərini həmin vəzifələrin daşıyıcısı olmayan “İmişli Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinə” qarşı irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçı ilə “X9” MMC arasında əmək müqaviləsinin bağlanması və hazırda da qüvvədə olması müəyyən edilmişdir. İddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, iddia tələbinə hazırki formada baxılması xahiş edilmişdir. Buna görə də məhkəmə tərəfindən iddia tələbinə hazıki formada baxılaraq hüquqi qiymət verilmişdir. Beləliklə, hazırkı vəziyyətdə cavabdeh İddiaçı hazırki mübahisə üzrə cavab verməli olan şəxs olmadığından iddiaçının iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar