Məhkəmə qərarları › İş №2(036)-2752/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2752/2020

07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2752/2020 07.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 2181A nömrəli 90701004 kodlu torpaq şəhadətnaməsində səhv olaraq yazılmış “X7”nun şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi və “X8”nın şəxsiyyət vəsiqəsində olduğu kimi X1 oxunması və sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, Torpağın mülkiyyətə veriməsinə dair JN-2181A kod 90701004 saylı torpaq şəhadətnaməsi verilmişdir. Torpaq şəhadətnaməsində texniki səhv olaraq onun adı, ata adı Ərizəçi əvəzinə “X7” kimi və onun qızının ata adı Əbilfət əvəzinə “Əbülfət” kimi qeyd edilmişdir. Bunu şahidlər də təsdiq edə bilərlər. Torpaq sənədində buraxılmış səhvlər onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir.Torpaq şəhadətnaməsinivermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxxx 1957-ci il tarixdə İmişli şəhərində anadan olmuş, atası X10, anası X2r. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1957-ci il tarixdə İmişli şəhərində doğulmuş ərizəçinin soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AA1534473 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1994-cü il tarixdə İmişli rayonunda doğulmuş ərizəçinin qızının soyadı, adı və ata adı X1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1994-cü il tarixdə İmişli rayonunda doğulmuş ərizəçinin qızının soyadı, adı və ata adı X1 qeyd edilmişdir. Onun atası Ərizəçi, anası Cəbrayılova Alagöz Rüstəm qızıdır. İş materiallarında olan JN-2181A nömrəli 90701004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» torpaq şəhadətnaməsinin surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.15 ha torpaq sahəsi X7, Cəbrayılova Alagöz Rüstəm qızı və X3 ümumi mülkiyyətinə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2181A nömrəli 90701004 kodlu torpaq şəhadətnaməsində açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi adı və ata adı səhvən “X7” kimi, X4 ata adı isə “X8“ kimi qeyd olunmuşdur, onların şəxsiyət vəsiqələrində qeyd olunan adları və ata adları ilə torpaq şəhadətnaməsində göstərilən adları və ata adları düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-2181A nömrəli 90701004 kodlu torpaq şəhadətnaməsinin Ərizəçi, Cəbrayılova Alagöz Rüstəm qızı və X6 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-2181A nömrəli 90701004 kodlu torpaq şəhadətnaməsinin Ərizəçi, Cəbrayılova Alagöz Rüstəm qızı və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 Ərizəçi kimi, X3 isə X1 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar