Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2753/2020 26.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0133 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Kamilə Qaraş qızı, X14 Ərizəçi2 və X1 Sürəyya Cavad qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Sarıxanlı kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 1.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-0133 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, ərizə verib JN-0133 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Kamilə Qaraş qızına, X14 Ərizəçi2 və X1 Sürəyya Cavad qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-0133 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2004-cü il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Sarıxanlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.35 ha torpaq sahəsi X15, X9, X13, X14 və X7 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi1 xx.xx.1967-ci ildə İmişli rayonunun Sarxanlı kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 148615 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.1971-ci ildə İmişli rayonunun Sarxanlı kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 041047 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.1999-cu il tarixdə İmişli rayonunun Sarxanlı kəndində vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 490513 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X15 xx.xx.2011-ci il tarixdə İmişli rayonunun Sarxanlı kəndində vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 768 saylı arayışda göstərilmişdir ki, JN-0133 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi1 adı X12, Ərizəçi2 adı X14 və X5 adı X4 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0133 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 Kamilə Qaraş qızına, X14 Ərizəçi2 və X1 Sürəyya Cavad qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0133 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Kamilə Qaraş qızına, X14 Ərizəçi2 və X1 Sürəyya Cavad qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov İş №2(036)2753/2020 xx xxxxxxx 2020-ci il Ərizəçi1 İmişli rayonu, Sarıxanlı kəndi Surəti: AR ƏM DK DƏDRX-nin 6 saylı Ərazi İdarəsi Beyləqan şəhəri, S.İmrəliyev küç. 95 İmişli rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(036)2753/2020 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: “02” vərəqdə Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-2753/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2753/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver