Məhkəmə qərarları › İş №2(036)-2756/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2756/2020

07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2756/2020 07.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Könto oğlunun iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyət hüququna dair» JN-0186 nömrəli 90710038 kodlu Dövlət Aktında səhv yazılmış adları Ərizəçi2 Konto oğlu əvəzinə “Ərizəçi2” oğlu kimi, həmçinin Ərizəçi1 Konto oğlu əvəzinə “Ərizəçi1 Köntöy” oğlu kimi, atalarının adında Abdullayev Konto əvəzinə “Abdullayev Köntöy Səməd” oğlu kimi və analarının ata adında X5 “X16” qızı kimi oxunması, səhvlərin torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktından çıxarılmaqla rəsmi sənədlərdə olduğu kimi yazılmaqla hüququmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatlarında göstərmişdirlər ki, aqrar islahatı zamanı ailə üzvlərinin adına İmişli rayonu Çaxırlı kəndində 2.47 ha pay torpaq sahəsi qeydiyyata alınmış və torpağa mülkiyyət hüququna dairJN-01xx xxx 90710038 saylı Dövlət Aktı verilmişdir. Dövlət aktında səhvən adlarında Ərizəçi2 Konto oğlu əvəzinə “Ərizəçi2” oğlu kimi, həmçinin Ərizəçi1 Konto oğlu əvəzinə “Ərizəçi1 Köntöy” oğlu kimi, atalarının adında həmçinin Abdullayev Konto əvəzinə səhvən “Abdullayev Köntöy Səməd” oğlu kimi və əlavə olaraq analarının ata adında X5 “X16” qızı kimi yazılmışdır. Torpaq sənədində soyadın və ata adının səhv yazılması həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir.Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X17 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi1 Köntö oğlu xx xxxx 1969-cu il tarixdə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuş, atası Abdullayev Köntö Səməd oğlu, anası X3r. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi2 Köntö oğlu xx xxxxxxxx 1967-ci il tarixdə İmişli rayonu Çaxırlı kəndində anadan olmuş, atası Abdullayev Köntö Səməd oğlu, anası X3r. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 05/69-226 saylı nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, Abdullayev Köntö Səməd oğlu ilə X10 arasında nikah xx xxxxxx 1968-ci il tarixdə 03 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X7 “Abdullayeva” soyadı verilmişdir. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1969-cu il tarixdə İmişli rayonu Çaxırlı kəndində doğulmuş ərizəçinin soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. İşdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1967-ci il tarixdə İmişli rayonu Çaxırlı kəndində doğulmuş ərizəçinin soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd edilmişdir. İşdə olan olan AZE 08809323 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1934-cü il tarixdə İmişli rayonu Çaxırlı kəndində doğulmuş ərizəçilərin anasının soyadı, adı və ata adı X1 qeyd edilmişdir. İş materiallarında olan JN-0186 nömrəli 90710038 kodlu «Torpağın mülkiyyət hüququna dair» Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2003-cü il tarixli 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.47 ha torpaq sahəsi Abdullayev Köntöy Səməd oğlu, X12, Ərizəçi2, Ərizəçi1 Köntöy oğlu, X8 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə İmişli rayonu Çaxırlı kəndində ölmüş ərizəçilərin anasının soyadı, adı və ata adı X1 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə İmişli rayonu Çaxırlı kəndində ölmüş ərizəçilərin atasının soyadı, adı və ata adı X6 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyət hüququna dair» JN-0186 nömrəli 90710038 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi1 ata adı “Ərizəçi1 Köntöy oğlu” kimi, ərizəçilərin atası X11 adı “Abdullayev Köntöy Səməd oğlu” kimi, X2 ata adı “X12” kimi qeyd olunmuşdur, onların şəxsiyyət vəsiqələrində və ölüm akt qeydində qeyd olunan adları, soyadları və ata adları ilə Dövlət Aktında göstərilən adları, soyadları və ata adları düz gəlmir. İş materiallarından görünür ki, Ərizəçi2 «Torpağın mülkiyyət hüququna dair» JN- 0186 nömrəli 90710038 kodlu Dövlət Aktında olan adı, atasının adı və ya soyadı onun şəxsiyyat vəsiqəsindəki adı, atasının adı və ya soyadı ilə düz gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, torpağın mülkiyyət hüququna dair JN-0186 nömrəli 90710038 kodlu Dövlət X4, X5, Ərizəçi2, Ərizəçi1, X9 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Torpağın mülkiyyət hüququna dair JN-0186 nömrəli 90710038 kodlu Dövlət X4, X5, Ərizəçi2, Ərizəçi1, X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar