Məhkəmə qərarları › İş №2(036)-2778/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2778/2023

16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2778/2023 16.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-113A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X1 Hümayı Fərzulla qızı, X4 İlahim Dövlət oğlu, X2 İzafə Sədulla qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Məzrəli kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.21 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN-113A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamə ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-113A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X1 Hümayı Fərzulla qızına, X4 İlahim Dövlət oğluna və X2 İzafə Sədulla qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-113A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə İmişli rayonunun Məzrəli kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.21 ha torpaq sahəsi X16, X9, X7, X18, X15 və X11 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE******** nömrəli AR X3 surətinə əsasən Ərizəçi xx.xx.1940-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AZE13086770 nömrəli AR X3 surətinə əsasən X14 xx.xx.1963-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AZE13613150 nömrəli AR X3 surətinə əsasən X12 xx.xx.1959-cu ildə vəfat etmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-113A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X1 Hümayı Fərzulla qızına, X4 İlahim Dövlət oğluna və X2 İzafə Sədulla qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-113A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X1 Hümayı Fərzulla qızına, X4 İlahim Dövlət oğluna və X2 İzafə Sədulla qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar