Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2782/2020 07.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi haqqında” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon X5 xx xxxxxx 2001-ci il tarixli 15 saylı qərarı ilə «Torpağın mülkiyyət hüququna dair» JN-04xx xxx 90700108 saylı Dövlət Aktında səhvən yazılmış X3 şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi oxunması və sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, ailə üzvlərinə X5 xx xxxxxx 2001-ci il tarixli 15 saylı qərarı ilə «Torpağın mülkiyyət hüququna dair» JN-04xx xxx 90700108 saylı Dövlət Aktı verilmişdir. Dövlət aktında texniki səhv olaraq onun adı və ata adı Gülnaz Gülkərim qızı kimi yazılmışdır. Dövlət Aktında səhvliyin olması onun həmin hüquqmüəyyənedici sənəddən istifadə etməsinə mane olur. Həmin sənəddən istifadə edə bilməsi üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir.Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE ******** serialı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1966-ci il tarixdə İmişli rayonu Qızılkənd kəndində doğulmuş ərizəçinin soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan JN-0471 nömrəli 90700108 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.40 ha torpaq sahəsi X11, X3, X7, X8, X4 ümumi mülkiyyətinə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0471 nömrəli 90700108 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi adı və ata adı səhvən “X3” kimi, qeyd olunmuşdur, onun şəxsiyyət vəsiqəsində qeyd olunan adı və ata adı ilə Dövlət Aktında göstərilən adı və ata adı düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0471 nömrəli 90700108 kodlu Dövlət X2, Ərizəçi, X7, X8, X6 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0471 nömrəli 90700108 kodlu Dövlət X2, Ərizəçi, X7, X8, X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X1 Ərizəçi kimi oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2782/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2782/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver