Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2783/2020 26.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi3 iştirakı ilə, Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0192 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş İmanov X6 Qulam Tarverdi oğlu, X2 Cəmilə Çapan qızı, Xəlilova X8 Günel Qulam qızı və İmanov X19 Vüqar Qulam oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi3 izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Çaxırlı kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 2.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-0192 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, ərizə verib JN-0192 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş İmanov X6 Qulam Tarverdi oğluna, X2 Cəmilə Çapan qızına, X3a Günel Qulam qızına və Ərizəçi2 Qualm oğlu Ərizəçi2 aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-0192 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2003-cü il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Çaxırlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.55 ha torpaq sahəsi Ərizəçi1 Tanıverdi oğlu, X10, X11, X17, Ərizəçi2 Qualm oğlu və X7 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X1 surətinə əsasən Ərizəçi1 xx.xx.1955-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X1 surətinə əsasən X18 xx.xx.1992-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X1 surətinə əsasən Ərizəçi2 xx.xx.1985-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X1 surətinə əsasən Ərizəçi4 xx.xx.1982-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 16692221 nömrəli AR X1 surətinə əsasən X12 xx.xx.1981-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X1 surətinə əsasən Ərizəçi3 xx.xx.1962-ci ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 163678 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 Hüseyn Əkbər oğlu ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş və Xəlilova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İİ-JQ № 346515 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Qulam Tarverdi oğlu ilə xx.xx.1980-cı ildə rəsmi nikaha daxil olmuş və İmanova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 955 saylı arayışda göstərilmişdir ki, JN-0192 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi2 adı Ərizəçi2 Qualm oğlu kimi yazılmışdır. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 954 saylı arayışda göstərilmişdir ki, JN-0192 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi3 adı X5 yazılmışdır. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 953 saylı arayışda göstərilmişdir ki, JN-0192 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi4 adı Ərizəçi4 Qulmam qızı kimi yazılmışdır. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 952 saylı arayışda göstərilmişdir ki, JN-0192 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi2 adı Ərizəçi2 Qualm oğlu kimi yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0192 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş İmanov X6 Qulam Tarverdi oğluna, X2 Cəmilə Çapan qızına, X3a Günel Qulam qızına və Ərizəçi2 Qualm oğlu Ərizəçi2 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0192 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş İmanov X6 Qulam Tarverdi oğluna, X2 Cəmilə Çapan qızına, X3a Günel Qulam qızına və Ərizəçi2 Qualm oğlu Ərizəçi2 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov İş №2(036)2783/2020 xx xxxxxxx 2020-ci il Ərizəçi3 İmişli rayonu, Çaxırlı kəndi Surəti: AR ƏM DK DƏDRX-nin 6 saylı Ərazi İdarəsi Beyləqan şəhəri, S.İmrəliyev küç. 95 İmişli rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(036)2783/2020 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: “02” vərəqdə Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-2783/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2783/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver