Məhkəmə qərarları › İş №2(036)-2801/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2801/2022

03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2801/2022 03.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X9 Qəhrəman Soltan oğlu, X10 Xatın Şirin qızı, X2 Gülşən Qəhrəman qızı, X1 Günəş Qəhrəman qızı, X3 Şəlalə Qəhrəman qızı və X5 Saidə Qəhrəman qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Əliqulular kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 3.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X9 Qəhrəman Soltan oğlu, X10 Xatın Şirin qızı, X2 Gülşən Qəhrəman qızı, X1 Günəş Qəhrəman qızı, X3 Şəlalə Qəhrəman qızı və X5 Saidə Qəhrəman qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Əliqulular kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.71 ha torpaq sahəsi X46, X49, X30, X38, X32 və X18 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X13 surətinə əsasən Ərizəçi xx.xx.1956-cı ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X13 surətinə əsasən X31 xx.xx.1980-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X13 surətinə əsasən X33 xx.xx.1986-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X13 surətinə əsasən X41 xx.xx.1995-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X13 surətinə əsasən X24 xx.xx.1984-cü ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİ-JQ № 359007 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 Müqabil Valeh oğlu ilə xx.xx.1999-cu ildə rəsmi nikaha daxil olmuş və Əmirahova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ № 407727 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X6 Xəyal Nəcəb oğlu ilə xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olmuş və İsmayıllı soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 856353 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Zəfər Bəhrəm oğlu ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuş və Cəbrayılova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 932100 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X7 Elçin Nəbi oğlu ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuş və Rüstəmova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin V-JQ № 314272 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X37 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Əliqulular kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 326 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X19 adı X46, Ərizəçi adı X49, X15 adı X30, X14 adı X38, X16 adı X32 və X20 adı X12 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X9 Qəhrəman Soltan oğluna, X10 Xatın Şirin qızına, X2 Gülşən Qəhrəman qızına, X1 Günəş Qəhrəman qızına, X3 Şəlalə Qəhrəman qızına və X5 Saidə Qəhrəman qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0038 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X9 Qəhrəman Soltan oğluna, X10 Xatın Şirin qızına, X2 Gülşən Qəhrəman qızına, X1 Günəş Qəhrəman qızına, X3 Şəlalə Qəhrəman qızına və X5 Saidə Qəhrəman qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar