Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2806/2022 14.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Ərizəçi1 Həmzə oğlu Ərizəçi1, Əzizova X16 Kamalə İbad qızı, X4 İmamverdi Yaşar oğlu, X6 Gülxar Həmzə qızı və X1 Gülbikə Sevdimalı qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Xəlfəli kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 4.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Ərizəçi1 Həmzə oğlu Ərizəçi1, Əzizova X16 Kamalə İbad qızı, X4 İmamverdi Yaşar oğlu, X6 Gülxar Həmzə qızı və X1 Gülbikə Sevdimalı qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 04 saylı qərarı ilə İmişli rayonunun Xəlfəli kəndində yerləşən planda sərhədləri göstərilmiş 4.30 ha torpaq sahəsi X25, X11, X26, X20, X22, Ərizəçi1 Həmzə oğlu, X15, X14 və Ərizəçi2 Həmzə qızının ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi3 xx.xx.1995-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X5 surətinə əsasən Ərizəçi2 xx.xx.1975-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X5 surətinə əsasən Ərizəçi1 xx.xx.1975-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi4 xx.xx.1973-cü ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-271 nömrəli arayışına əsasən X12 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İİİ-JQ № 369768 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X21 xx.xx.1975-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin XVİİİ-JQ № 495131 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi3 xx.xx.1995-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin V-JQ № 477389 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 Yaşar Həmzə oğlu ilə xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmuş və Əzizova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Hacalmuradlı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 416 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi1 adı Ərizəçi1 Həmzə oğlu, Ərizəçi2 adı Ərizəçi2 Həmzə qızı, Ərizəçi3 adı X14, Ərizəçi4 adı X20 və X7 adı X3 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ərizəçi1 Həmzə oğlu Ərizəçi1, Ərizəçi2 Həmzə qızı Ərizəçi2, X4 İmamverdi Yaşar oğluna, X6 Gülxar Həmzə qızına və X1 Gülbikə Sevdimalı qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi1 Həmzə oğlu Ərizəçi1, Ərizəçi2 Həmzə qızı Ərizəçi2, X4 İmamverdi Yaşar oğluna, X6 Gülxar Həmzə qızına və X1 Gülbikə Sevdimalı qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2806/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2806/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver