Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2811/2021 21.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli 15 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-0361 nömrəli 90700108 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “X4” Ərizəçi və “X3” X1 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli 15 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-0361 nömrəli 90700108 kodlu Dövlət aktı verilmişdir. Dövlət Aktında texniki səhv olaraq onun adı Rahilə kimi və İslamın soyadı isə Ələsgərli kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməklərinə mane olur. X17 İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0361 nömrəli 90700108 saylı Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 28 dekabr 2001-ci il tarixli, 15 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1.92 ha torpaq sahəsi X9, X13, X12 və X3 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 1968-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. Atası ---, anası X6r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18 oktyabr 1992-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0361 nömrəli 90700108 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0361 nömrəli 90700108 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan V-JQ 283292 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə ərizəçi X10 arasında nikah 02 fevral 1990-cı il tarixdə İmişli rayon Semyanovka kənd sovetliyində bağlanmış və həmin nikah 05 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X7 “Əliyeva” soyadı verilmişdir İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair» JN-0361 nömrəli 90700108 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair» JN-0361 nömrəli 90700108 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları Əliyeva (Ağayeva) Rəhilə Adil qızı, X13, X12 və X1 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0361 nömrəli 90700108 kodlu Dövlət aktının Əliyeva (Ağayeva) Rəhilə Adil qızı, X13, X12 və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 Əliyeva (Ağayeva) Rəhilə Adil qızı kimi və X3 X1 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2811/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2811/2021
21.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver