Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2832/2020 29.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 qalmış mirasın qəbul olunması müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xalası X5 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Xalası vəfat etməzdən əvvəl, yəni xx xxxxxx 2018-ci il tarixdə bütün daşınar və daşınmaz əmlakına sahiblik etməyi ona vəsiyyət etmişdir. Mərhum xalasının ölümündən sonra ona vəsiyyət etdiyi əmlakları sənədləşdirmək istədikdə notariat kontorundan ona bildirilmişdir ki, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, bu müddəti yalnız məhkəmə bərpa edə bilər. O, mirasın qəbul edilməsi üçün müddət müəyyən edildiyini bilməmiş, müəyyən işlərini həll etdikdən sonra mirası qəbul edə biləcəyini düşünmüşdür. Bununla da o, bilməyərəkdən müddəti ötürmüşdür. Bu səbəbdən də hazırda o, mərhum xalasından qalan mirası qəbul edə bilmir. Odur ki, müddəti buraxmasının səbəblərinin üzürlü hesab edilməklə bərpa edilməsini xahiş edir. Maraqlı şəxs İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycam Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1981ci il tarixdə İmişli rayonunda anadan olmuş, hal-hazırda da İmişli şəhəri, Heydər Əliyev prospekti ev 52-də qeydiyyatdadır. AZ-İİİ 050219 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx xxxxxx 1964-cü ildə İmişli rayonunda anadan olmuş, atası X10, anası isə X4r. AZ-İ 973483 nömərəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. İmişli rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 05/70-296 nömrəli arayışından görünür ki, Mehriban Mirzəyevanın atası X10 xx xxxx 1982-ci il tarixdə vəfat etmişdir. İmişli rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 05/70-298 nömrəli arayışından görünür ki, Mehriban Mirzəyevanın anası X7 xx xxxxxx 2001-ci il tarixdə vəfat etmişdir. İmişli rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, X3 nikah akt qeydi aşkar olunmamışdır. xx xxxxxx 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, İmişli şəhəri, H.Aslanov küçəsi ev 37 ünvanında qeydiyyatda olan X5 harda yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını İmişli şəhəri H.Əliyev prospekti ev 52 ünvanında qeydiyyatda olan bacısı oğlu – Ərizəçi vəsiyyət etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəçi tərəfindən təqdim olunmuş və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də, təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə Ərizəçi xalasından qalma mirasın qəbulunu gecikdirməsinin səbəbini üzrlü sayır və hesab edir ki, mirasın qəbulu müddəti uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 qalmış əmlakın Ərizəçi tərəfindən miras əmlak kimi qəbul olunması müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2832/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2832/2020
29.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver