Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2836/2020 28.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-107 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş Ərizəçi1 Ərizəçi1, X6 Nadillə Abbaslı qızı və Quliyev Zərif Ərizəçi3 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Otuziki kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 1.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-107 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, ərizə verib JN-107 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş Ərizəçi1 Ərizəçi1, X6 Nadillə Abbaslı qızına və Quliyev Zərif Ərizəçi3 aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-107 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Otuziki kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.35 ha torpaq sahəsi Ərizəçi1, Ağayeva Nadilə və Quliyev Zərifin ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X2 surətinə əsasən Ərizəçi1 xx.xx.1960-cı ildə İmişli rayonununda anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X2 surətinə əsasən Ərizəçi2 xx.xx.1960-cı ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X2 surətinə əsasən Ərizəçi3 xx.xx.1930-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İİİ-JQ № 270474 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X1 Müzəffər Qəzənfər oğlu ilə xx.xx.1983-cü ildə rəsmi nikaha daxil olmuş və Əliyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 3039 saylı arayışda göstərilmişdir ki, JN-107 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi1 adı Ərizəçi1, Ərizəçi2 Abbaslı qızının adı Ağayeva Nadilə və Ərizəçi3 adı Quliyev Zərif kimi yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-107 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ərizəçi1 Ərizəçi1, X6 Nadillə Abbaslı qızına və Quliyev Zərif Ərizəçi3 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-107 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi1 Ərizəçi1, X6 Nadillə Abbaslı qızına və Quliyev Zərif Ərizəçi3 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov İş №2(036)2836/2020 xx xxxxxxx 2020-ci il Ərizəçi1 İmişli şəhəri, Xiyabani küç, ev 28 Surəti: AR ƏM DK DƏDRX-nin 6 saylı Ərazi İdarəsi Beyləqan şəhəri, S.İmrəliyev küç. 95 İmişli rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(036)2836/2020 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: “02” vərəqdə Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-2836/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2836/2020
28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver