Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2838/2020 28.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-124A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X7 Ağahəsən Gülüş oğlu, Ərizəçi Ağasən oğlu Ərizəçi, X1 Kəmalə Ağahəsən qızı, X2 Elmura Ağahəsən qızı, X5 Aynurə Ağahəsən qızı və X3 Zeynəb Usub qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Cavadxanlı kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-124A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, ərizə verib JN-124A saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X7 Ağahəsən Gülüş oğluna, Ərizəçi Ağasən oğlu Ərizəçi, X1 Kəmalə Ağahəsən qızına, X2 Elmura Ağahəsən qızına, X5 Aynurə Ağahəsən qızına və X3 Zeynəb Usub qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-124A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə İmişli şəhərində yerləşən planda sərhədləri göstərilmiş 0.45 ha torpaq sahəsi X40, X36, Ərizəçi Ağasən oğlu, X32, X33, X38 və X17 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 02982697 nömrəli AR X6 surətinə əsasən X36 xx.xx.1943-cü ildə İmişli rayonunun Cavadxanlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X6 surətinə əsasən Ərizəçi xx.xx.1971-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 06887364 nömrəli AR X6 surətinə əsasən X23 xx.xx.1973-cü ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 15501012 nömrəli AR X6 surətinə əsasən X24 xx.xx.1975-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X6 surətinə əsasən Ərizəçi xx.xx.1971-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 14771554 nömrəli AR X6 surətinə əsasən X21 xx.xx.1978-ci ildə İmişli rayonunun Cavadxanlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 15460214 nömrəli AR X6 surətinə əsasən X47 xx.xx.1980-cı ildə İmişli rayonunun Cavadxanlı kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İİİ-JQ № 369801 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X20 xx.xx.1975-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİİ-JQ № 266459 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X47 xx.xx.1980-cı ildə İmişli rayonunun Cavadxanlı kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1971-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 506451 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Xeyri Yaulla oğlu ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuş və Əzizova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ № 204122 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X9 Rəfqan Ağahəsən oğlu ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuşdur. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 344 saylı arayışda göstərilmişdir ki, JN-124A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə texniki səhv edilərək X18 adı X40, Ərizəçi adı Ərizəçi Ağasən oğlu, X10 adı X32, X11 adı X33, X12 adı X38 və X25 adı X8 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-124A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X7 Ağahəsən Gülüş oğluna, Ərizəçi Ağasən oğlu Ərizəçi, X1 Kəmalə Ağahəsən qızına, X2 Elmura Ağahəsən qızına, X5 Aynurə Ağahəsən qızına və X3 Zeynəb Usub qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-124A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X7 Ağahəsən Gülüş oğluna, Ərizəçi Ağasən oğlu Ərizəçi, X1 Kəmalə Ağahəsən qızına, X2 Elmura Ağahəsən qızına, X5 Aynurə Ağahəsən qızına və X3 Zeynəb Usub qızına aid edilsin və həmin sənədin müvafiq olaraq ona məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov İş №2(036)2838/2020 xx xxxxxxx 2020-ci il Ərizəçi İmişli rayonu, Cavadxanlı kəndi Surəti: AR ƏM DK DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə Beyləqan şəhəri, S.İmrəliyev küç. 95 İmişli rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(036)2838/2020 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: “02” vərəqdə Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-2838/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2838/2020
28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver