Məhkəmə qərarları › İş №2(036)-2839/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2839/2020

28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2839/2020 28.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-215A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X1 Gülbikə Balabəy qızı, X2 Arasta Şamil qızı və X3 Sarvan Balabəy oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Cavadxanlı kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-215A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, ərizə verib JN-215A saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X1 Gülbikə Balabəy qızına, X2 Arasta Şamil qızına və X3 Sarvan Balabəy oğluna aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-215A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə İmişli şəhərində yerləşən planda sərhədləri göstərilmiş 0.5 ha torpaq sahəsi X18, X15 və X5 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X4 surətinə əsasən Ərizəçi xx.xx.1957-ci ildə İmişli rayonunun Otzuiki kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 589957 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 xx.xx.2013-cü il tarixdə İmişli rayonunda vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 263103 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X19 xx.xx.2017-ci il tarixdə İmişli rayonunda vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Xİİİ 623714 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1957-ci ildə İmişli rayonunun Otzuiki kəndində anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, JN-215A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə texniki səhv edilərək Ərizəçi adı X9, X12 adı X18 və X10 adı X7 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-215A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X1 Gülbikə Balabəy qızına, X2 Arasta Şamil qızına və X3 Sarvan Balabəy oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-215A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X1 Gülbikə Balabəy qızına, X2 Arasta Şamil qızına və X3 Sarvan Balabəy oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq ona məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov İş №2(036)2839/2020 xx xxxxxxx 2020-ci il Ərizəçi İmişli şəhəri, N.Nərimanov küçəsi 17 Surəti: AR ƏM DK DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə Beyləqan şəhəri, S.İmrəliyev küç. 95 İmişli rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(036)2839/2020 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: “02” vərəqdə Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar