Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-285/2022 18.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2004-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0404 nömrəli 90703028 kodlu Dövlət aktıda səhvən qeyd olunmuş “X4” X2 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2004-ci il tarixli, 10 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-0404 nömrəli 90703028 kodlu Dövlət aktı verilmişdir. Dövlət aktında texniki səhv olaraq X1 Pərvanə Xətai kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Dövlət aktını vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0404 nömrəli 90703028 kodlu Dövlət aktınin surətinə əsasən İmişli rayon AİK-nin 25 noyabr 2004-ci il tarixli, 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.04 ha torpaq sahəsi Ərizəçi, X8, X13, X9 və X7 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12.06.1965-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE 04921014 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0404 nömrəli 90703028 kodlu Dövlət aktıda torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan İİİ - JQ 327079 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X10 arasında nikah 27 avqust 1983-cü il tarixdə İmişli rayon Rəsullu kənd sovetliyində bağlanmış və həmin nikah 40 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” JN- 0404 nömrəli 90703028 kodlu Dövlət aktıda texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-0404 nömrəli 90703028 kodlu Dövlət aktıda torpaq mülkiyyətçilərinin adı Ərizəçi, X6, X13, X9 və X3 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-0404 nömrəli 90703028 kodlu Dövlət aktının Ərizəçi, X6, X13, X9 və X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 X2 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-285/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-285/2022
18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver