Məhkəmə qərarları › İş №2(036)-2858/2022

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2858/2022

14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2858/2022 14.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlu, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilməsi faktının müəyyən olunması tələbinə dair məhkəməyə daxil olmuş ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi:: Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək belə hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilmədiyi üçün Ərizəçi qaytarılmalıdır. Belə ki, ərizə araşdırılarkən müəyyən olundu ki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 268-ci maddələri rəhbər tutaraq qərara aldı: Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilmədiyi üçün ərizəçiyə qaytarılsın. Ərizəçi Şirvan İnzibati Məhkəməsinə müraciət etməsi izah olunsun. Qərərdaddan təqdim edildiyi və ya alındıqdan sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar