Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2860/2022 02.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi2, X10 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2, X10 və Ərizəçi1 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2, X10 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2004-cü il tarixli, 08 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0437 nömrəli 90715018 kodlu Dövlət aktında səhvən qeyd olunmuş «X4» Ərizəçi2 kimi, «X5» X10 və «X7» Ərizəçi1 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2004-cü il tarixli, 08 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0437 nömrəli 90715018 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və X10, Ərizəçi2 ilə eyni məzmunlu izahat vərərək ərizəni müdafiə etdilər və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0437 nömrəli 90715018 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 23 avqust 2004-cü il tarixli, 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1,52 ha torpaq sahəsi X11, X12, X13, X15, X18 və X3 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0437 nömrəli 90715018 kodlu Dövlət aktına torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE17034949 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0437 nömrəli 90715018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0437 nömrəli 90715018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 473245 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X14 arasında nikah 02 aprel 2009-cu il tarixdə İmişli RİHBnın Sarıxanlı və Buludlu kəndləri üzrə nümayəndəliyində bağlanmış və həmin nikah 14 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X8 “Qurbanova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0437 nömrəli 90715018 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0437 nömrəli 90715018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi2, X10, Ərizəçi1, X15, X18 və X1 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0437 nömrəli 90715018 kodlu Dövlət aktının Ərizəçi2, X10, Atakişiyeva (Qurbanova) Sveta Alıkişi qızı, Atakişiyeva (Əmirova) Vəfa Alıkişi qızı, X18 və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 Ərizəçi2 kimi, X5 X2 və X7 Ərizəçi1 kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2860/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2860/2022
02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver