Məhkəmə qərarları › İş №2(036)-2865/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2865/2020

21.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2865/2020 21.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Nuranə Büsat qızının katibliyi ilə İddiaçı Cavabdehin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlunun iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək onun barəsində tərtib olunmuş X2 qaydalarının pozulması haqqında xx xxxx 2020-ci il tarixli, 188176 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı İmişli rayonu Qulubəyli kəndində yerləşən fərdi yaşayış evinə müvafiq qaydada texniki şərt və lazimi sənədləşmə aparılmaqla elektrik xətti çəkilmişdir. O, elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişləri sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxt-vaxtında ödədiyini bildirmişdir. O, həmçinin sayğaca heç bir müdaxilə etməmiş, o cümlədən də kənar xətdən istifadə etməmişdir. «xxxxxxxx» ASC X4 Təchizatı və Satışı İdarəsinin əməkdaşları xx xxxx 2020-ci il tarixdə onun adına 188176 nömrəli akt tərtib etmişlər. Qeyd olunan akt onun və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, kənar xətt barəsində aktda göstərilənlərlə əlaqədar hər hansı foto, video çəkiliş aparılmamış, ümumiyyətlə göstərilən pozuntunun mövcudluğunu təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Ona görə də onun barəsində tərtib edilmiş X2 qaydalarının pozulması haqqında xx xxxx 2020-ci il tarixli, 188176 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı evində xx.xx.2020-ci il tarixində X2 qaydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması faktı aşkar edilmiş və X2yə görə İddiaçı 633,95 manat məbləğində əlavə sərfiyyat yazılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş EEİQ-nın 8.32-ci bəndi rəhbər tutularaq və fakta istinad olunaraq xx.xx.2020-ci il tarixli, 188176 saylı akt tərtib edilmişdir. Bu da «X2 Qaydalarının» (EEİQ) 8.32-ci bəndinin istehlakçı tərəfindən pozulması deməkdir. İddiaçının müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq bərpa edilmişdir. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Göründüyü kimi iddiaçı ərizəsində aktın etibarsız hesab edilməsi üçün heç bir sübut göstərə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş X2 qaydalarının pozulması haqqında xx xxxx 2020ci il tarixli 188176 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Qulubəyli kəndində yerləşən evində xx xxxx 2020-ci il tarixdə X2 qaydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə edilməsi faktı aşkar olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş matariallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Qulubəyli kəndində yerləşən evində X2 qaydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə edilməsi faktı aşkar olunduğundan «EEİQ»-nın 8.32-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixli 188176 saylı akttərtibolunmuş və iddiaçıya əlavə enerji ödənişi hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «X2 Qaydaları»nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enercitəjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, «xxxxxxxx» ASC ilə abonent arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «X2 Qaydaları»nın 8.1-ci maddəsinin tələbinə görə dövlət energetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən …yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən …öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi iş üzrə tərəflər arasında müqavilə bağlanmadığından istehlakçının enerji təchizatı müəssisəsi qarşısında öhdəliyi də yaranmamışdır. «X2 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, “xxxxxxxx” ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005– ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”na və “X1 Qaydalarına” əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx xxxx 2020-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər və baxış zamanı kənar xətdən istifadə edilməsi faktına əsasən iddiaçının barəsində xx xxxx 2020-ci il tarixli, 188176 saylı akt tərtib edilmiş və akta əsasən 633,95 manat məbləğində əlavə ödəniş hesablanmışdır. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı İmişli rayonu Qulubəyli kəndində yerləşən evində elektrik sayğacına qanunsuz qoşulma hallarının aşkar edilməsi, həmin ünvanda elektrik enerjisinin talanması və ya enerjidən istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən subut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəlllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində tərtib edilmiş «X2 qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli, 188176 saylı akta əsasən hesablanmış enerji məbləği 1.88 kvt. x 0,7 x 24 saat x 30 gün = 947.52 kvt. s; 947.52 kvt.s x 0.11 m = 104.22 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş «X2 qaydalarının pozulması haqqında» xx xxxx 2020-ci il tarixli 188176 saylı akta əsasən hesablanmış enerji məbləği 104,22 (bir yüz dörd manat, iyirmi iki qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar