Məhkəmə qərarları › İş №2(036)-2865/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2865/2022

02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2865/2022 02.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 onun bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, ona, atası X10, bibisi X6, bacıları X7, X8, X4, qardaşı X11 və X16 İmişli rayonunun Cəfərli kəndində Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla ümumi birgə mülkiyyətlərinə 4,1111 hektar torpaq sahəsi verilmişdir. X12 xx.xx.2008-ci ildə, X17 xx.xx.2015-ci ildə, X13 xx.xx.2005-ci ildə İmişli rayonunun Cəfərli kəndində vəfat etmişlər. X12 ve X3 olmaqla uşaqları olmamışdır. Onlar vəfat edəndən sonra da ərizəçi ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış və torpaq sahəsindən istifadə etmişlər. Bunu yaşadığı kəndin sakinləri və yerli hakimiyyət orqanları da təsdiq edirlər. Bu barədə arayışda verilmişdir. O, atası ilə yanaşı bibisinin də vərəsəsidir. X29 Xidmət Mərkəzinin Notariat ofisinə mərhum bibisinin mirası ilə bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, lakin mərhumla bibisi ilə qohumluq faktının müəyyən edilməsi tələb edilmişdir. Faktın müəyyən edilməsi vərəsəlik məsələsinin həlli üçün zəruridir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan da görünür ki, mərhum X17 01 iyul 1938-ci ildə İmişli rayonunun Telişli kəndində anadan olmuş, atası X14, anası X15 olmuşdur. X1 isə doğum akt qeydi olmamış, 01 iyul 1920-ci ildə İmişli rayonunda anadan olmuş atası X14, anası X15 olmuşdur, yəni o, atası X9 bacısı olmuşdur. Bu faktı şahidlər təsdiq edə bilərlər. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs X29 Xidmət Mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2022ci il tarixli, 05/69-328 saylı arayışdan görünür ki, X12 06 sentyabr 2008-ci ildə İmişli rayonunda vəfat etmişdir. İşdə olan İmişli RİHB-nın Cəfərli kənd İƏD üzrə nümayəndəliyinin 01 avqust 2022-ci il tarixli, 265 saylı arayışından görünür ki, Ərizəçi X5 qardaşı oğludur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin MPM-nin 307.2.1-ci maddəsinin tələbinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 Ərizəçi bibisi olması olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar