Məhkəmə qərarları › İş №2(036)-2866/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2866/2022

10.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2866/2022 10.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-122A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Nicat Mirzəmməd qızı və X2 İnşallah Nuru oğlu və JN-0186 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 İnşallah Nuru oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Qaralar kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 1.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.18 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN- 0186 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı və JJN-122A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı səhv qeyd olunmuşdur. Ona görə də, ərizə verib JN-122A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Nicat Mirzəmməd qızına və X2 İnşallah Nuru oğluna və JN-0186 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 İnşallah Nuru oğluna aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-232A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 08 may 1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Əliqullar kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.26 ha torpaq sahəsi X7, X16, X14 və X10 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-0186 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 23 noyabr 199-cu il tarixli 11 saylı qərarı ilə İmişli rayonu, Qaralar kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.59 ha torpaq sahəsi X9, X19 və Ərizəçi ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-122A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 23 noyabr 199-cu il tarixli 11 saylı qərarı ilə İmişli rayonu, Qaralar kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.18 ha torpaq sahəsi X12, X19 və Ərizəçi ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 512614 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X15 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 112323 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Qaralar kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 318 saylı arayışına əsasən JN-0186 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X11 adı X6 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Qaralar kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci tarixli arayışına əsasən JN-122A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə texniki səhv olaraq X3 adı X12 və X11 adı X6 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-122A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Nicat Mirzəmməd qızına və X2 İnşallah Nuru oğluna və JN-0186 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 İnşallah Nuru oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-122A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Nicat Mirzəmməd qızına və X2 İnşallah Nuru oğluna və JN-0186 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 İnşallah Nuru oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar