Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2867/2020 28.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC Aran RESTİ-ə qarşı «X3 qaydalarının pozulması haqqında» aktın etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-ə qarşı «X3 qaydalarının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib «xxxxxxxx» ASC ARAN RESTİ üzrə tərtib edilmiş «X3 qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R 188172 nömrəli aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə İmişli rayonunun Qulubəyli kəndində yaşayır və yaşadığı evdə istifadə olunan elektrik enerjisinin haqqı həmişə vaxtı-vaxtında ödənilmişdir. xx.xx.2020-ci il tarixli R 188172 nömrəli «X3 qaydalarının pozulması haqqında» aktın tərtib edilməsindən xəbərsiz olmuş və aktın surətini almamışdır. Yaşadığı evdə sayğacdankənar xəttdən istifadə olunmamışdır. Ona görə də «X3 qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R 188172 nömrəli aktın etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, «xxxxxxxx» ASC Aran RESTİ-nin yoxlayıcıları tərəfindənn xx.xx.2020-ci il tarixdə istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarət həyata keçirilərkən İddiaçı məxsus olan İmişli rayonunun Qulubəyli kəndində yerləşən fərdi yaşayış evində sayğacdankənar X3 olunması faktı aşkar edildiyinə görə «X3 qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R 188172 nömrəli akt tərtib edilmiş, EEİQ-nin pozulması ilə əlaqədar hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilmiş və debitor borc hesablanmışdır. Ona görə də, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan «xxxxxxxx» ASC ARAN RESTİ üzrə tərtib edilmiş «X3 qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R 188172 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə xx xxxx 2020-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Qulubəyli kəndində yerləşən fərdi yaşayış evində sayğacdankənar X3 olunması faktı aşkar edilmiş və hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «X3 Qaydaları»nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir «X3 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim verir. Akt energi təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktların məzmumu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, abonent tərəfindən X3də pozuntuya yol verildiyi halda elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü qanunvericiliyə əsasən ancaq bir aydan artıq olmayan müddəti əhatə etdiyindən İddiaçı barəsində tərtib edilmiş «X3 qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R 188172 saylı akta əsasən hesablanmış enerji məbləği 1.8 kvt. x 0,7x 24 saat x 30 gün = 907.2 kvt. s; 907.2 kvt.s x 0.11 m = 99.79 manat müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş «X3 qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli R 188172 saylı akta əsasən hesablanmış enerji məbləği 99.79 (doxsan doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində müəyyən edilsin. Cavabdeh «xxxxxxxx» ASC -nin hesabından 20 (iyirmi) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov. İş№ 2(036)2867/2020 xx xxxxxxx 2020-ci il İddiaçı İmişli rayonu, Qulubəyli kəndi Surəti:«xxxxxxxx» ASC-ə Bakı şəhəri, Nəsimi rayonu Bakıxanov küç 13 İmişli rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(036)2867/2020 saylı qətnaməsinin surəti sizə göndərilir. Qoşma: “02” vərəqdə Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-2867/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2867/2020
28.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver