Məhkəmə qərarları › İş №2(036)-287/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-287/2021

12.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-287/2021 12.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İmişli rayonunda torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə İmişli şəhərində 0.20 ha. və 0.05 ha. həyətyanı torpaq sahələri onların ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinə dair 2002-ci il tarixdə JN- 158 A Kod 90705028 saylı və 2006-cı il tarixdə JN-444 A Kod 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr verilmişdir. JN-158 A Kod 90705028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadı, adı, ata adı səhvən “X30” kimi, anası X1, adı, ata adı səhvən “X25”, qardaşı X3, adı, ata adı səhvən “X26” kimi qeyd edilmişdir. Bundan başqa, JN-444 A Kod 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadı, adı, ata adı səhvən “X30” kimi, anası X1, adı, ata adı səhvən “X15”, qardaşı X3, adı, ata adı səhvən “X31”, bacıları Savalan (Hümbətova) Pərvin Cabir qızının soyadı, adı, ata adı səhvən “X22”, X4, adı, ata adı səhvən “X27” və mərhum atası X2, adı, ata adı səhvən “X32” kimi qeyd edilmişdir. Bundan başqa, JN-158 A Kod 90705028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhvən “X17” şəxs qeyd edilmişdir. O, JN-158 A Kod 90705028 saylı və JN-444 A Kod 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə olan uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ona JN JN-158 A Kod 90705028 saylı və JN-444 A Kod 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə olan uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. JN-158 A Kod 90705028 saylı və JN-444 A Kod 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdəki uyğunsuzluğun aradan qaldırılması üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi həmin torpaq sahəsi ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 2002-ci il tarixli JN-158 A Kod 90705028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə özünün, anasının və qardaşının adının, soyadının və ata adının müvafiq olaraq, “Ərizəçi”, “X23”, “X33” kimi oxunması, “X17” kimi qeyd edilmiş şəxsin oxunmaması (çıxarılması), eləcə də, 2006-ci il tarixli JN-444 A Kod 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə özünün, mərhum atasının, anasının, qardaşının və bacılarının adının, soyadının, ata adının müvafiq olaraq “Ərizəçi”, “X28”, “X23”, “X33”, “Savalan (Hümbətova) Pərvin Cabir qızı”, və Savalan (Rəsulova) Aysel Cabir qızı” kimi oxunması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Seriya AZE ******** №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 19 avqust 1982-ci ildə İmişli şəhərində anadan olmuş və İmişli şəhəri, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Seriya AZE 13831238 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X23 10 may 1960-cı ildə İmişli şəhərində anadan olmuş və İmişli şəhəri, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X18 18 iyul 1983-cü ildə İmişli şəhərində anadan olmuş və İmişli şəhərində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Seriya AZE 13410863 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X34 06 oktyabr 1986-cı ildə İmişli şəhərində anadan olmuş və ünvan 2 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X33 22 yanvar 1990-cı ildə İmişli şəhərində anadan olmuş və ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İİ-ЖГ 346980 №-li, 09 oktyabr 1980-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X24 arasında 09 oktyabr 1980-cı il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 225 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Qasımova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş XVİ-ЖГ 498292 №-li, 08 may 1992-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X7 rəsmi nikahından 19 avqust 1982-ci ildə “Ərizəçi” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş XVİ-ЖГ 498293 №-li, 08 may 1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X7 birgə nikahından 18 iyul 1983-cü ildə “X29” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş XVİ-ЖГ 498291 №-li, 08 may 1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X7 birgə nikahından 06 oktyabr 1986-cı ildə “X34” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş XV-ЖГ 336919 №-li, 21 iyun 1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X7 rəsmi nikahından 22 yanvar 1990-cı ildə “X33” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 062208 №-li, 25 fevral 2004-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X29 arasında 25 fevral 2004-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 55 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Hümbətova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 845647 №-li, 07 iyun 2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə X34 arasında 07 iyun 2013-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 203 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Rəsulova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 592991 №-li, 24 noyabr 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaşın adı, soyadı və ata adı “X28” kimi qeyd edilmiş və o, 24 noyabr 2013-cü ildə Təbriz şəhərində ölmüş, bu barədə akt qeydləri kitabında 101 № ilə qeyd edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 2002-ci il tarixli, JN-158 A Kod 90705028 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İmişli şəhərində 0.20 ha. həyətyanı torpaq sahəsi X9, X11, X19, X12 ümumi birgə mülkiyyətinə verilmiş və Ərizəçi soyadı, adı, ata adı səhvən “X30” kimi, anası X1, adı, ata adı səhvən “X25”, qardaşı X3, adı, ata adı səhvən “X26” kimi qeyd edilmiş, eləcə də, səhvən başqa şəxs kimi “X17” qeyd edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 2006-cı il tarixli, JN-444 A Kod 90701004 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İmişli şəhərində 0.05 ha. həyətyanı torpaq sahəsi X20, X6, X19, X8, X13 X21 ümumi birgə mülkiyyətinə verilmiş və Ərizəçi soyadı, adı, ata adı səhvən “X30” kimi, anası X1, adı, ata adı səhvən “X15”, qardaşı X3, adı, ata adı səhvən “X31”, bacıları Savalan (Hümbətova) Pərvin Cabir qızının soyadı, adı, ata adı səhvən “X22”, X4, adı, ata adı səhvən “X27” və mərhum atası X2, adı, ata adı səhvən “X32” kimi qeyd edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********09 saylı, 16 oktyabr 2020-ci il tarixli və **********13 saylı, 16 oktyabr 2020-ci il tarixli məktublardan görünür ki, 2002-ci il tarixli JN-158 A Kod 90705028 saylı və 2006-cı il tarixli JN-444 A Kod 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə olan uyğunsuzluğun aradan qaldırılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və aktda olan uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, 2002-ci il tarixli JN-158 A Kod 90705028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin, anasının və qardaşının adının, soyadının və ata adının müvafiq olaraq, “Ərizəçi”, “X23”, “X33” olması, “X17” kimi qeyd edilmiş şəxsin olmaması, eləcə də, 2006-ci il tarixli JN-444 A Kod 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin, mərhum atasının, anasının, qardaşının və bacılarının müvafiq olaraq “Ərizəçi”, “X28”, “X23”, “X33”, “Savalan (Hümbətova) Pərvin Cabir qızı”, və Savalan (Rəsulova) Aysel Cabir qızı” olması faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Beləliklə, 2002-ci il tarixli JN-158 A Kod 90705028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “torpaq mülkiyyətçisinin ailə üzvlərinin adı, soyadı, ata adı qrafasında” “X25”, “X30”, “X26” qeydlərinin müvafiq olaraq “X23”, “Ərizəçi”, “X33” kimi oxunması, eləcə də, 2006-cı il tarixli, JN-444 A Kod 90701004 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X35”, “X15”, “X30”, “X22”, “X27” “X31” qeydlərinin müvafiq olaraq “X28”, “X23”, Ərizəçi”, “Savalan (Hümbətova) Pərvin Cabir qızı”, Savalan (Rəsulova) Aysel Cabir qızı” və “X33” kimi oxunması faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. 2002-ci il tarixli JN-158 A Kod 90705028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “torpaq mülkiyyətçisinin ailə üzvlərinin adı, soyadı, ata adı qrafasında” “X25”, “X30”, “X26” qeydlərinin müvafiq olaraq “X23”, “Ərizəçi”, “X33” kimi; 2. 2006-cı il tarixli, JN-444 A Kod 90701004 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X35”, “X15”, “X30”, “X22”, “X27” “X31” qeydlərinin müvafiq olaraq “X28”, “X23”, Ərizəçi”, “Savalan (Hümbətova) Pərvin Cabir qızı”, Savalan (Rəsulova) Aysel Cabir qızı” və “X33” kimi oxunmalı; 3. 2002-ci il tarixli JN-158 A Kod 90705028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “torpaq mülkiyyətçisinin ailə üzvlərinin adı, soyadı, ata adı qrafasında” səhvən qeyd edilmiş “X17” qeydi oxunmamalı (çıxarılmalı) və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 2002-ci il tarixli JN-158 A Kod 90705028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “torpaq mülkiyyətçisinin ailə üzvlərinin adı, soyadı, ata adı qrafasında” “X25” qeydi “X23”, “X30” qeydi “Ərizəçi” və “X26” qeydi “X33” kimi oxunsun. 2002-ci il tarixli JN-158 A Kod 90705028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “torpaq mülkiyyətçisinin ailə üzvlərinin adı, soyadı, ata adı qrafasında” səhvən qeyd edilmiş “X17” qeydi oxunmasın. (çıxarılsın) 2006-cı il tarixli, JN-444 A Kod 90701004 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X35” qeydi “X28”, “X15” qeydi “X23”, “X30” qeydi “Ərizəçi”, “X22” qeydi “Savalan (Hümbətova) Pərvin Cabir qızı”, “X27” qeydi “Savalan (Rəsulova) Aysel Cabir qızı” və “X31” qeydi “X33” kimi oxunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X5 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar