Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-288/2021 25.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon X5 xx xxxxxx 2001-ci il tarixli 15 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0381 nömrəli 90700108 kodlu Dövlət Aktında səhv olaraq yazılmış “Ərizəçi Cuan oğlu”nun şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi oxunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, onun ailə üzvlərinin pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon X5 xx xxxxxx 2001-ci il tarixli 15 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0381 nömrəli 90700108 kodlu Dövlət Aktında verilmişdir. Dövlət Aktında texniki səhv olaraq onun ata adı Ərizəçi əvəzinə “Ərizəçi Cuan oğlu” kimi qeyd edilmişdir. Bunu şahidlər də təsdiq edə bilərlər. Torpaq sənədində buraxılmış səhvlər onun həmin hüquqmüəyyənedici sənəddən istifadə etməsinə mane olur. Həmin sənəddən istifadə edə bilməsi üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir. Dövlət Aktıni vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1974-cü il tarixdə İmişli rayonunun Qızılkənd kəndində doğulmuş ərizəçinin soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan JN-508 nömrəli 90712028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət Aktınin surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 2001-ci il tarixli 15 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.25 ha torpaq sahəsi X7, Ərizəçi Cuan oğlu, X12, X6, X2 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan X4 surətindən görünür ki, Ərizəçi və X12 arasında nikah xx xxxxxx 1996-cı il tarixdə 01 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X8 “Bayramova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0381 nömrəli 90700108 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçisindən Ərizəçi ata adı səhvən “Ərizəçi Cuan oğlu” kimi qeyd olunmuşdur. Onun şəxsiyət vəsiqəsində və digər rəsmi sənədlərdə qeyd olunan soyadı və ata adı ilə Dövlət Aktında göstərilən soyadı və ata adı düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0381 nömrəli 90700108 kodlu Dövlət X1, Ərizəçi, X9, X6, X3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0381 nömrəli 90700108 kodlu Dövlət X1, Ərizəçi X9, X6, X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Cuan oğlunun Ərizəçi kimi oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-288/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-288/2021
25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver