Məhkəmə qərarları › İş №2(036)-290/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-290/2023

30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-290/2023 30.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Gülalıyeva X15 Solmaz Rəşid qızı, X1 Şəfəq Mehtixan qızı, X2 (Əliyeva) Gülmura İbrahim qızı və X8 İbrəhim Nayıb oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Boşçallar kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Gülalıyeva X15 Solmaz Rəşid qızı, X1 Şəfəq Mehtixan qızı, X2 (Əliyeva) Gülmura İbrahim qızı və X8 İbrəhim Nayıb oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 07 saylı qərarı ilə İmişli rayonunun Boşçallar kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.35 ha torpaq sahəsi X27, Ərizəçi Ramiz qızı, X24, X28, X19, X17 və X5 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X4 surətinə əsasən Ərizəçi xx.xx.1951-ci ildə Beyləqan rayonunun Dünyamallar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 13612150 nömrəli AR X4 surətinə əsasən X11 xx.xx.1977-ci ildə Beyləqan rayonunun Dünyamallar kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X4 surətinə əsasən X14 xx.xx.1990-cı ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 401282 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 Sədi Saleh oğlu ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmuş və Kərimova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 949917 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X23 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Boşçallar kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 248 saylı arayışına əsasən JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi adı Ərizəçi Ramiz qızı və (Əliyeva) Gülmura İbrahim qızının adı X6 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ərizəçi Ramiz qızı Ərizəçi, X1 Şəfəq Mehtixan qızına, X2 (Əliyeva) Gülmura İbrahim qızına və X8 İbrəhim Nayıb oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi Ramiz qızı Ərizəçi, X1 Şəfəq Mehtixan qızına, X2 (Əliyeva) Gülmura İbrahim qızına və X8 İbrəhim Nayıb oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar