Məhkəmə qərarları › İş №2(036)-2910/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2910/2020

16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2910/2020 16.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon X18 xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-224A nömrəli 90701004 kodlu Şəhadətnamədə yazılmış Ərizəçi Məmməd oğlu şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi, Astanova (Atakişiyeva) Könül Xeyrulla qızı şəxsiyyət vəsiqəsində olduğu kimi Aslanova (Atakişiyeva) Könül Xeyrulla qızı kimi, X22 şəxsiyyət vəsiqəsində olduğu kimi X5 və X24 şəxsiyyət vəsiqəsində olduğu kimi X6 oxunması və həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, ona və ailə üzvlərinə pay torpaq sahəsi verilmiş və İmişli rayon X18 xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-224A nömrəli 90701004 kodlu Şəhadətnamə verilmişdir. Şəhadətnamədə texniki səhv olaraq Ərizəçi Məmməd oğlu kimi, Aslanova (Atakişiyeva) Könül Xeyrulla qızı Astanova (Atakişiyeva) Könül Xeyrulla qızı kimi, X3 Jalə Xeyrulla qızı kimi, X4 Rəşad Xeyrulla oğlu kimi yazılmışdır. Torpaq sənədində adların səhvliyinin olması həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün şəhadətnamədə səhv yazılmış ad, soyad və ata adları məhkəmə qaydasında düzəldilməli Ərizəçi Məmməd oğlu şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi, Astanova (Atakişiyeva) Könül Xeyrulla qızı şəxsiyyət vəsiqəsində olduğu kimi Aslanova (Atakişiyeva) Könül Xeyrulla qızı kimi, X22 şəxsiyyət vəsiqəsində olduğu kimi X5 və X24 şəxsiyyət vəsiqəsində olduğu kimi X1. Şəhadətnaməni vermiş X27 və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X28 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-224A nömrəli 90701004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.05 ha torpaq sahəsi Ərizəçi Məmməd oğlu, Astanova Könül Xeyrulla qızı, X22, X16 və X12 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan AZE 08352065 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1957-ci il tarixdə Rusiya Federasiyası, Qolobski rayonunda anadan olmuşdur və İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşayır. İşdə olan AZE 14489397 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Atakişiyeva Könül Xeyrulla qızı xx.xx.1976-ci il tarixdə İmişli şəhərində anadan olmuşdur və İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşayır. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə İmişli şəhərində anadan olmuşdur və İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 22də qeydiyyatda olmaqla yaşayır. İşdə olan AZE 14736778 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1979-cu il tarixdə İmişli şəhərində anadan olmuşdur və İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 22də qeydiyyatda olmaqla yaşayır. İşdə olan AA0410017 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 xx.xx.1982ci il tarixdə İmişli şəhərində anadan olmuşdur və İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxxxxxx 1982ci ildə İmişli rayonunda anadan olmuşdur. Atası Ərizəçi, anası X11r. İş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və Aslanova Könül Xeyrulla qızı xx xxxxxx 2008-ci il tarixdə 494 nömrəli akt qeydi ilə nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra Aslanova Könül Xeyrulla qızına Atakişiyeva soyadı verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 05/69-457 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Aslanova Könül Xeyrulla qızı xx xxxxxxxx 1976-cı il tarixdə İmişli şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X11r. İşdə olan İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 05/69-458 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X23 xx xxxxxxx 1978-ci il tarixdə İmişli şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X11r. İş materiallarında olan İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2733 nömrəli arayışdan görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-224A kodlu, 90701004 saylı Şəhadətnamədə Ərizəçi atasının adı “Ərizəçi Məmməd oğlu” kimi, və ailə üzvlərinin soyadı və adı səhvən Astanova Könül Xeyrulla qızı, X22 və X9 yazılmışdır. Əslində onların adı şəxsiyyət vəsiqələrində olduğu kimi Ərizəçi, Atakişiyeva Könül Xeyrulla qızı, X23 və X6 oxunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-224A nömrəli 90701004 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi atasının adı səhvən “Ərizəçi Məmməd oğlu” kimi, Aslanova Könül Xeyrulla qızının soyadı “Astanova Könül Xeyrulla qızı“ kimi, X2 “X22“ kimi və X14 adı və soyadı “X26“ kimi qeyd olunmuşdur, onların sənəddə qeyd olunan adları, soyadları və ata adları Şəhadətnamədə göstərilən adları, soyadları və ata adları ilə düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-224A nömrəli 90701004 kodlu Şəhadətnamənin Ərizəçi, Aslanova (Atakişiyeva) Könül Xeyrulla qızı, X23, X16 və X17 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-224A nömrəli 90701004 kodlu Şəhadətnamənin Ərizəçi, Aslanova (Atakişiyeva) Könül Xeyrulla qızı, X23, X16 və X17 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Məmməd oğlunun Ərizəçi kimi, Astanova Könül Xeyrulla qızının Aslanova Könül Xeyrulla qızı kimi, X15 X5 və X12 X6 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar