Məhkəmə qərarları › İş №2(036)-2912/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2912/2020

02.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2912/2020 02.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0082 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş Nuriyev X8 Ərəstun Əli oğlu və X1 Nigar İbad qızı kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Nurulu kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 3.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-0082 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, ərizə verib JN-0082 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş Nuriyev X8 Ərəstun Əli oğluna və X1 Nigar İbad qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-0082 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə İmişli rayonunun Nurulu kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.33 ha torpaq sahəsi Ərizəçi İskəndər oğlu, X19, X12, X11, X9, X10 və X4 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X2 surətinə əsasən Ərizəçi xx.xx.1944-cü ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 14448652 nömrəli AR X2 surətinə əsasən X13 xx.xx.1978-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/70-354 nömrəli arayışına surətinə əsasən X23 xx.xx.2002-ci il tarixdə İmişli rayonunda vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İİİ-JQ № 495522 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.1975-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İİ-JQ № 251210 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.1973-cü ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 251008 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 Ərəstun Əli oğlu ilə xx.xx.1971-ci ildə rəsmi nikaha daxil olmuş və Nuriyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 355 saylı arayışda göstərilmişdir ki, JN-0082 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi adı Ərizəçi İsgəndər oğlu kimi yazılmışdır. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 354 saylı arayışda göstərilmişdir ki, JN-0082 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X15 adı X5 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0082 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Nuriyev X8 Ərəstun Əli oğluna və X1 Nigar İbad qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0082 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Nuriyev X8 Ərəstun Əli oğluna və X1 Nigar İbad qızına aid edilsin və həmin sənədin müvafiq olaraq ona məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov №2(036)2912/2020 xx xxxxxx 2020-ci il Ərizəçi İmişli rayonu, Nurulu kəndi Surəti:AR ƏM DK DƏDRX-nin 6 saylı Ərazi İdarəsi Beyləqan şəhəri, S.İmrəliyev küç. 95 İmişli rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(036)2912/2020 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: “02” vərəqdə Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar