Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2919/2020 21.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X6 xx xxxx 1998-ci il tarixli 06 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0065 nömrəli 90705018 kodlu Dövlət Aktında səhv yazılmış X2 ata adının Ölüm şəhadətnaməsində və digər rəsmi sənədlərdə olduğu kimi X1 oxunması və həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, X15 tərəfindən ona və ailə üzvlərinə pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi «Torpağa mülkiyyət hüququna dair» JN-0065 nömrəli 90705018 kodlu Dövlət Aktı ilə qeydə alınmışdır. Həmin aktda texniki səhv olaraq onun mərhum anasının ata adı Ağaş olduğu halda Ağacan kimi yazılmışdır. Onun anası 2005-ci ildə ölmüşdür. Dövlət Aktında buraxılmış səhvlər onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməli, onun anasının ata adı Ölüm şəhadətnaməsində və digər rəsmi sənədlərdə olduğu kimi X1 oxunmalıdır.Torpaq şəhadətnaməsinivermiş X15 və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X17 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə İmişli rayonu Qaravəlli kəndində anadan olmuş, atası X16, anası X7r. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə İmişli rayonu Qaravəlli kəndində doğulmuşdur və hal-hazırda orada qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 05/69-418 nömrəli nikah akt qeydindən görünür ki, X16 və X10 xx xxxxxx 1947-ci il tarixdə nikaha daxil olmuşdurlar. Nikahdan sonra X3 “Vəliyeva” soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası X13 xx xxxxxx 2005-ci ildə İmişli rayonu Qaravəlli kəndində ölmüşdür. İş materiallarında olan JN-0065 nömrəli 90705018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 4.32 ha torpaq sahəsi X16, X8, Ərizəçi, X11, X12, X14 və X4 ümumi mülkiyyətinə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0065 nömrəli 90705018 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən olan X5 ata adı “X8“ kimi qeyd olunmuşdur, onun ölüm haqqında şəhadətnaməsində və digər rəsmi sənədlərdə qeyd olunan ata adı ilə Dövlət Aktında göstərilən ata adı düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN- 0065 nömrəli 90705018 kodlu Dövlət Aktının Ərizəçi, X13, Ərizəçi, X11, X12, X14 və X9 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0065 nömrəli 90705018 kodlu Dövlət Aktının Ərizəçi, X13, Ərizəçi, X11, X12 , X14 və X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 X1 oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2919/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2919/2020
21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver