Məhkəmə qərarları › İş №2(036)-2967/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2967/2020

10.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2967/2020 10.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, X2 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, X1 Cavabdeh İB-nə qarşı “aktın və cərimənin ləğv edilməsi tələbi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək Cavabdeh İB-nin Salyan Regional X9 əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2020-ci il tarixli, ******* saylı akta görə hesablanmış cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Cavabdeh“ X6 X12 İdarəsi İmişli sahəsindən ona akt verilmişdir. İmişli rayon X9 göndərdiyi hesab - bildirişdə onun evinə görə təbii qazdan istifadə haqqında borcu olduğu göstərilirdi. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən xx xxxx 2020-ci il tarixində qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Aktda göstərilib ki, guya sayğacın hesablama mexanizminin plastmas qapağı alt hissədən deşici alətlə deşilimişdir. Ondan dəymiş ziyanın ödəməyini və öz hesabına yeni sayğac quraşdırmağını tələb edirlər. O, heç bir qanun pozuntusuna yol verməmiş, aylıq sayğacın göstərdiyi miqdarda təbii qaz haqqını ödəmişdir. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmışdır və ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsədə hər hansısa bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Onun hər hansısa bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı absurddur. Sayğacda hər hansısa bir müdaxilə varsa belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Qaz sayğacı kənar müdaxilələrdən qorunmaq üçün xüsusi qutuya yerləşdirilməmişdir. Digər tərəfdən həmin qaz sayğacı cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən götürülərək onun iştirakı olmadan texniki baxışdan keçirilmiş və ancaq bundan sonra ona həmin sayğaca guya ki müdaxilə olunması barədə məlumat verilmişdir. Ona görə də Cavabdeh İB-nin Salyan X12 İdarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2020-ci il tarixli, ******* saylı akta görə hesablanmış cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin Salyan Regional Qİİ-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh İB Salyan Regional Qİİ-nin yoxlayıcıları tərəfindənn xx xxxx 2020-ci il tarixdə istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarət həyata keçirilərkən X4 məxsus olan İmişli şəhəri, R.Ağayev küçəsində yerləşən evində quraşdırılmış sayğacın (zavod nömrəsi: 5745778) hesablama mexanizminin plastmas qapağı alt hissədən deşici alətlə deşilimişdir. Bundan sonra qeyd olunan ünvanda «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx xxxx 2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və abonent X7 (Abonent kodu:**********00110) ilə qaz işlədicilərinə əsasən yenidən hesablaşma aparılmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında» xx xxxx 2020-ci il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçı X3 yaşadığı İmişli şəhəri, R.Ağayev küçəsində yerləşən evində quraşdırılmış sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissədən deşilməsi ilə əlaqədar şəbəkədən çıxarılmış və yenisi ilə əvəz edilmişdir. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx xxxx 2020-ci il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı X3 yaşadığı İmişli şəhəri, R.Ağayev küçəsində yerləşən evində quraşdırılmış sayğacın (Abonent kodu: **********00110) Sayğacın zavod nömrəsi: (5745778) hesablama mexanizminin plastmas qapağının alt hissədən deşilməsi aşkar edilmiş, abonentə öz hesabına yeni sayğac quraşdırılması qərara alınmışdır. İşdə olan Cavabdeh İB-nin Salyan Regional Qİİ tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələbə əsasən abonent X3 istifadəsində olan qaz işlədicilərinin orta günlük iş rejimində 90 günlük müddət ərzində qaz sərfiyyatı ölçülərək 2160 kub/m hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi .... həyata keçirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən X3 yaşadığı İmişli şəhəri, R.Ağayev küçəsində yerləşən evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdanistifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəlllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara, yuxarıda qeyd olunan hüquq normalarına qiymət verərək hesab edir ki, Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx xxxx 2020-ci il tarixli ******* saylı akt özü-özlüyündə etibarsız olduğundan abonent X7 ilə həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Digər tərəfdən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda xx xxxx 2020-ci il tarixli hesabatın 90 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. Göstərilən hüquq normalarının tələblərindən də görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi və zədələnmiş qaz sayğacının quraşdırılmasını qaz paylayıcısı həyata keçirir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx xxxx 2020-ci il tarixli ******* saylı akt etibarsız hesab edilməli, həmin akta əsasən X1 abonent hesabına əlavə edilmiş borc silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia tələbi təmin olunsun. X7 barəsində Cavabdeh İB Salyan Regional Qİİ tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx xxxx 2020-ci il tarixli ******* saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən X3 abonent hesabına əlavə edilmiş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar