Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3024/2020 03.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0010 nömrəli 90709028 kodlu Dövlət Aktında səhv olaraq yazılmış “X8”nın şəxsiyyət vəsiqəsində olduğu kimi X2 oxunması və həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, ona və ailə üzvlərinə aqrar islahatı zamanı İmişli rayonu Ölcələr kəndində 2,86 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpağ sahəsinə “Torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90709028 saylı Dövlət Aktı verilmişdir. Dövlət Aktında onun nənəsi X1 səhvən “Abdullayeva” və atasının adı da səhvən “Şalı” kimi qeyd edilmişdir. X9 1999-cu ildə vəfat etmişdir. Bunu şahidlər də təsdiq edə bilərlər. Dövlət Aktında buraxılmış səhvlər onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir. Dövlət Aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1972-ci il tarixdə İmişli rayonunun Ölcələr kəndində anadan olmuş, hal hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İşdə olan AZE 07981814 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx xxxxxx 1975-ci il tarixdə İmişli rayonunun Nurulu kəndində anadan olmuş və hal hazırda İmişli rayonunun Ölcələr kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxx 1994-cü il tarixdə İmişli rayonunun Ölcələr kəndində anadan olmuş, hal hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X9 xx.xx.1999-cu il tarixdə İmişli rayonunun Ölcələr kəndində ölmüşdür. İş materiallarında olan AZ-İ 139810 nömrəli X4 surətindən görünür ki, Ərizəçi ilə X6 arasında xx xxxxxx 2005-ci il tarixli 04 saylı nikah akt qeydi var. Nikah bağlandıqdan sonra X6 “Abdullayeva” soyadını götürmüşdür. İş materiallarında olan JN-0010 nömrəli 90709028 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1996-cı il tarixli 12 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.86 ha torpaq sahəsi Ərizəçi, X6, Maraqlı şəxs2 və X3 ümumi mülkiyyətinə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN- 0010 nömrəli 90709028 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən X1 və ata adı səhvən “X8” kimi qeyd olunmuşdur, onun şəxsiyət vəsiqəsində qeyd olunan soyadı və ata adı ilə Dövlət Aktında göstərilən soyadı və ata adı düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0010 nömrəli 90709028 kodlu Dövlət Aktının Ərizəçi, X6, Maraqlı şəxs2 və X7 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0010 nömrəli 90709028 kodlu Dövlət Aktının Ərizəçi, X6, Maraqlı şəxs2 və X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 X2 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3024/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3024/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver