Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-31/2025 22.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işi baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli şəhəri Xanhüseyin Bəylərov küçəsi ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan 3.02 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikintinin 50.87 kv/m hissəsində cavabdehin öz hesabına sökülmısi və cavabdehin ona məxsus olan İmişli şəhəri Xanhüseyin Bəylərov küçəsi ünvanında yerləşən mülkiyyət hüququ ona məxsus olan 3.02 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X2 iddia ərizəsini və ona əlavə edilmiş materialların geri qaytarılması barədə ərizə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-31/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-31/2025
22.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver